“Yenidən prezident seçilsəm…” – Trampdan İranla bağlı sensasion vəd

40

 

ABŞ Prezidenti Donald Tramp İranın onun yenidən seçilməməsi, bununla da yeni nüvə razılaşması əldə etmək arzusunda olduğunu deyib.

Teleqraf.com xəbər verir ki, o, İranın yanlış düşündüyünü, seçiləcəyi təqdirdə islam respublikası ilə bu razılaşmanın çox tez əldə ediləcəyini bildirib.

Trampın sözlərinə görə, rəsmi Tehran hazırda ABŞ-la razılaşma əldə etmək üçün çox istəklidi, amma bunun onunla deyil, rəqibi Co Baydenlə əldə etməyə çalışır.

“Bizim xarici siyasətimiz, xüsusilə Çinlə bağlı qərarlarımız təqdirəlayiqdir. Rusiya, Çin və İranın arzulamadığı şey, mənim yenidən prezident seçilməyimdir”, – ABŞ başçısı vurğulayıb.