Salam, xoş gəlmisiniz.

Yerdə güclü maqnit qasırğası gözlənilir

2017-10-10 14:01:41

Yerdə güclü maqnit qasırğası gözlənilir

Yer kürəsində oktyabrın 13-14-də maqnit qasırğası gözlənilir.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın “Fobos” hava mərkəzi məlumat yayıb.

Məlumatda bildirilir ki, yaxın günlərdə günəş küləyinin yeni həddə çatması maqnit qasırğasına səbəb olacaq. Bununla əlaqədar oktyabrın 11-12-də, həmçinin oktyabrın 15-də yerin maqnit sahəsində həyəcanlaşma qeydə alınacaq.

Məlumatda həmçinin qeyd edilir ki, bu günlərdə rabitə və elektronika avadanlıqlarının işində kəsintilər, texnogen qəzalar və fəlakətlərin baş verməsi ehtimalı var.

Mütəxəssislər bu günlərdə meteohəssas insanlarda narahatlıq hissi yaranacağı barədə də xəbərdarlıq ediblər.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru