Yerevanda atışma olub – Ölən və yaralananlar var

26 Avqust, 2019, 7:57
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Ermənistanın paytaxtı Yerevanda atışma olub.

Bu barədə Ermənistan mətbuatı xəbər verir.

Məlumata görə, hadisə Şenqavit rayonunda, Eqişe Tadevosyan küçəsində qeydə alınıb. Bir neçə nəfər arasında yaranan mübahisə sonda kütləvi dava ilə nəticələnib. Dava zamanı odlu silahdan açılan atəş nəticəsində 3 nəfər xəsarət alıb. Onlar “Erebuni” tibb mərkəzinə yerləşdiriliblər. Yaralılardan biri aldığı ağır xəsarətlərdən tibb mərkəzində ölüb.

Hadisə yerinə gələn polis əməkdaşları ərazidə avtomat və “Makarov” tapançasına aidgilizlər aşkarlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları ölən şəxsin və yaralıların şəxsiyyətini araşdırır.

Dünən həm də Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı evində qətlə yetirilib. (report)


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93