“İcra hakimiyyətləri heç vaxt vətəndaşa yaxın struktur olmayıb” – RÖVŞƏN AĞAYEV

23 May, 2020, 16:41
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

“Vətəndaş cəmiyyətinin və medianın olmamasının fəsadlarını hələ çox görəcəyik”

“Azərbaycanda yerli icra hakimiyyəti strukturları heç vaxt mütərəqqi, vətəndaşa yaxın strukturlar olmayıblar. Adlarındakı “yerli” sözü formal məna daşıyır. Bu qurumlar üçün mərkəzin 1  təlimatı yerli icmaların 1000 təşəbbüsündən daha təsirli və keçərlidir”. Hurriyyet.org xəbər verir ki, bu fikirlərin müəllifi iqtisadçı Rövşən Ağayevdir.

“Səbəb həmin icra struktirlarının qeyri-peşəkarlığı və düşüncə tərzi idi”

Ağayev qeyd edib ki, 2004-2014-cü illərdə vətəndaş cəmiyyərinin müxtəlif layihələləri çərçivəsində Azərbaycanın rayonlarını qarış-qarış gəzib: “Hətta bir neçə icra başçısı ilə görüşmək, ərazidə layihələrimizə olan maneləri, yaxud hansısa problemləri müzakirə etmək imkanım da olub. Onlardan heç vaxt xoş təəssüratla ayrılmamışam. Hətta belə görüşlərdən birində həmin ərazinin deputatı da iştirak edib. İdarəetmədə praktik olaraq işləməmişəm, amma yerli idarəçilik sahəsində öyrəndiyim onlarla ölkənin təcrübəsi, bu sahədə qazandığım nəzəri biliklər bizdəki yerli idarəetmənin nə dərəcədə primitiv olduğunu elə ilk söhbətdəcə görməyimə kifayət edirdi. Üstəgəl, biz icmalarla işləyirdik, sorğular keçirirdik, icma müzakirələri olurdu. Yerli səviyyədə aparılan tədqiqatlar nəticəsində aşkarladığımız problemlərin, real icma ehtiyaclarının hazırlanan regional proqramlara, icra başçılarının otaqlarına gedib çıxmadığını görürdük. Səbəb də həmin icra struktirlarının qeyri-peşəkarlığı və düşüncə tərzi idi. Onlar ərazinin ehtiyaclarını hazırladıqları plan və strategiyalar, maraqlı tərəflərin uzun-uzadı müzakirələri, peşəkarların rəyləri əsasında deyil, kabinet məntiqi ilə, 5-10 məmurun düşüncələrilə mərkəzə göndərirdilər”.

Mətləbdən çox uzaqlaşmaq istəmədiyini deyən Ağayev vurğulayıb ki, bu qurumlar keçmiş Sovetlərin adı dəyişdirilmiş, məzmunu eyni qalan “raykom”larıdır: “Bütün icra başçıları arasında “sizin üçün inkişaf nədir” tipli sual ətrafında sorğu keçirilsin, görün, sosial-mədəni, təhsil, sağlamlıq və s. kimi sahələrlə bağlı inkişaf məsələləri neçənci sırada gələcək. Onların mütləq əksəriyyətinnin təsəvvüründə inkişaf anlayışı bər-bəzəkli küçə və binalar, ən yaxşı halda asfalt yollarla assosiasiya olunur”.

“İndi həmin pərdələrin arxasında əliqandallı başçılar çıxır”

Ağayevin sözlərinə görə, elə əvvəldən mütərəqqi olmayan bu qurumlardan vətəndaş cəmiyyəti 2013-cü ildən ağır zərbələr almağa başladı: “Əgər 2003-2013-cü illərdə daha sərbəst şəkildə bələdiyyələrlə, icmalarla müxtəlif sosial layihələr həyata keçirmək mümkün idisə, artıq 2014-cü ildə sərt şəkildə qadağa qoyuldu ki, yerli icra hakimiyyətinin xəbəri olmadan heç bir vətəndaş cəmiyyəti nəinki ictimai müzakirələr, hətta vətəndaşlar arasında sorğular keçirə bilməz. Ora da müraciət etdikcə deyirdilər mərkəzlə məsləhətləşək, sonra baxarıq. Beləcə siyasilər üçün daha əvvəldən qoyulmuş toplaşmaq azadlığı qadağası son 6 ildə  vətəndaş cəmiyyətinə də yetişdi. Həmin vaxtdan vətəndaş cəmiyyəti üçün qapılar bağlandı, pərdələr endi. İndi həmin pərdələrin arxasında əliqandallı başçılar çıxır. Vətəndaş cəmiyyətinin və medianın olmamasının fəsadlarını hələ çox görəcəyik”.

Şamo EMİN, Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93