Yevlaxda 26 yaşlı şəxsi qətlə yetirən tutuldu

7 May, 2020, 10:18
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Yevlax rayonunda 26 yaşlı kişini qətlə yetirən şəxs istintaqa cəlb edilib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, mayın 6-da günorta saatlarında rayonun Qaraçılar məhəlləsində 1994-cü il təvəllüdlü Seyidov Ceyhun Məzahir oğlu mübahisə zəminində bıçaqlanıb.

Bir bıçaq yarası alan C.Seyidov ağır halda xəstəxanaya aparılıb. Lakin orada onun öldüyü məlum olub.

Cinayət törədən şəxs isə hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü, Rəşad Rəşid oğlu Dəvrişov saxlanılaraq istintaqa cəlb olunub.

Hadisə günü Qaraçılar məhəlləsində keçirilən yas mərasimində tərəflər arasında şəxsi münasibətlər zəminində mübahisə düşüb. Daha sonra mağardan çıxaraq kənarda mübahisələrini davam etdiriblər. Nəticədə tərəflərdən biri digərini bıçaqlayaraq qətlə yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, ibtidai istintaq aparılır.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93