Yılmaz Vural koronavirusa yoluxdu

0

Türkiyənin “Akhisarspor” klubunun baş məşqçisi Yılmaz Vuralda koronavirus aşkarlanıb.

“Report”un I liqa təmsilçisinin saytına istinadən məlumatına görə, 67 yaşlı mütəxəssislə yanaşı, komandanın daha 10 üzvü infeksiyaya yoluxub.

Onlardan 3-ü futbolçudur.

Qeyd edək ki, pandemiya səbəbindən yarımçıq dayandırılan Türkiyə I liqası bu gün bərpa olunacaq.