Salam, xoş gəlmisiniz.

Yol polisi BNA-nın rəhbərini cərimələdi - 150 MANATLIQ PROTOKOL

2019-05-13 16:40:02

Yol polisi BNA-nın rəhbərini cərimələdi - 150 MANATLIQ PROTOKOL

Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimliyə qaydaları pozduğuna görə yol polisi tərəfindən cərimə protokolu tərtib edilib.

Hurriyyet.org bildirir ki, demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin aprel ayında baş verib.

Məlumata görə, Vüsal Kərimli "BMW" model avtomobili özü idarə edən zaman yol polisi tərəfindən saxlanılıb. Həmin vaxtı sözügedən avtomobilin arxa yan şüşələrində jalüz pərdələr taxıldığı üçün polis tərəfindən sürücü Vüsal Kərimliyə 150 manat cərimə protokolu tərtib edilib. Vüsal Kərimlinin avtomobilində əyləşmiş mühafizə polisi əməkdaşı yol polisini bu addımı atmaqdan geri çəkindirmək istəsə də, ancaq bu, mümkün olmayıb.

Yol polisi qanunun tələblərinə uyğun olaraq Vüsal Kərimliyə 150 manatlıq cərimə yazdığını bildirib.

 

Related image


Bu hadisədən az sonra Vüsal Kərimli Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə sözügedən yol polisindən şikayət edərək, ona cərimənin düzgün yazılmadığını bildirib. Ancaq Dövlət Yol Polisi İdarəsi bu məsələ ilə bağlı araşdırma apardıqdan sonra məlum olub ki, Vüsal Kərimliyə tərtib edilmiş sözügedən cərimə protokolu tam doğru olub. Həmin vaxtı Vüsal Kərimli yol qaydalarını pozduğuna görə həmin cərimə qərarı qüvvədə saxlanılıb.


Qeyd edək ki, avtomobillərdə arxa yan şüşələrə jalüz pərdə və plyonkaların vurulmasına icazə mayın 1-dən noyabrın 15-dək qüvvədə olur.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru