Yolda oynayan 4 yaşlı Zeynəbi maşın vurub üstündən keçdi — ANBAAN VİDEO (+12)

13 Sentyabr, 2019, 21:10
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

İstanbulda atasının mağazasının qarşısında oynayan 4 yaşlı Zeynəbi maşın vurub.

Hurriyyet.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, insident keçdiyimiz həftə Əsənyurd rayonunun Kırac məhəlləsində qeydə alınıb. Hadisənin görüntüləri isə bu gün sosial şəbəkələrdə yayımlanıb.

Məlumata görə, 4 yaşlı Zeynəb Hiranur, atasının işlətdiyi marketin qarşısında yolda oturaraq oyun oynayıb. Bu zaman qohumları olduğu öyrənilən M.K., avtomobili ilə sürətlə küçəyə daxil olub. Bundan sonra sürücü M.K. yerdə oturaraq oyun oynayan balaca qızı görməyərək üstündən keçib. Ön təkəri ilə Zeynəbin üstündən keçən sürücü vəziyyəti fərq etdikdən sonra maşından aşağı enib. Balaca qız isə öz imkanları ilə avtomobilin altından çıxıb. Ətrafdakı insanların köməkliyi ilə Zeynəb xəstəxanaya aparılıb. Bir neçə gün tədbir məqsədi ilə xəstəxanada qalan qız qəzanı yüngül sıyrıqlarla keçirib. Baş verən hadisədən sonra Zeynəbin ailəsi qohumları olan M.K.-dan şikayətçi olmayıb. (avtosfer.az)


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93