Yüksək təzyiq koronavirusdan ölüm riskini ARTIRIR

0

Hipertoniya xəstəliyi olan şəxslərdə koronavirusdan ölüm halları 4% təşkil edir, halbuki digərlərində bu göstərici 1.1%-dir.

Bu barədə beynəlxalq alimlər qrupunun “European Health Journal” nəşrində dərc olunan hesabatında bildirilir.

Alimlər 2877 xəstəlik tarixçəsini təhlil ediblər və xəstələrin 29,5% -nin yüksək təzyiqdən əziyyət çəkdiyini aşkarlayıblar.

Alimlərin fikrincə, koronavirus xəstəsi hipertoniyaya qarşı dərman qəbul edirsə, onun ölüm riski 7,9%, qəbul etmirsə 3,2% təşkil edir. \\BİG.az