Salam, xoş gəlmisiniz.

“Yüksək temperatur yaxın 2-3 gün ərzində davam edəcək” – Umayra Tağıyeva

2019-06-25 14:40:57

“Yüksək temperatur yaxın 2-3 gün ərzində davam edəcək” – Umayra Tağıyeva

"Yüksək temperatur rejimi yaxın 2-3 gün ərzində, ayın 29-dək davam edəcək".

Hurriyyet.org xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

O bildirib ki, bu gün və sabah şimal küləyinin sürəti artacaq, havanın temperaturu 1-2 dərəcə aşağı enəcək və temperatur 31-36 dərəcədən yüksək olmayacaq.

U.Tağıyeva qeyd edib ki, ümumilikdə iyun ayının 29-dək ölkə ərazisində havanın temperaturu çoxillik norma göstəricilərindən yüksək olacaq.

ETSN rəsmisi onu da vurğulayıb ki, 2 gün öncə iyun ayı üçün sutkalıq maksimum göstərici yenilənib, 37 dərəcə isti müşahidə olunub: "Ötən ilin iyun ayı ilə müqayisədə bu ilin iyun ayında temperatur 10 dərəcə yüksək olub"./apa/


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru