Yunan baş nazirdən isti mesaj: “Ərdoğanla üz-üzə görüşə hazıram”

6

Türkiyənin təxribatçı davranışları Egey və Şərqi Aralıq dənizində gərginliyi bənzəri olmayan bir səviyyəyə yüksəldib.

Teleqraf.com xəbər verir ki, bu sözləri Yunanıstan Prezidenti Katerina Sakellaropulu Meis adasının Yunanıstanın idarəçiliyinə verilməsi münasibətilə düzənlənən tədbirdə səsləndirib.

Prezident əlavə edib ki, bölgədə qeyri-sabitlik təhlükəsini artıran bu gərginlik təkcə Yunanıstan deyil, Avropa Birliyi (AB) və NATO tərəfindən də hiss edilir: “Ölkəmiz diplomatiya və dialoqu dəstəkləyir. Müttəfiqlərimizlə sürətli təmasdayıq. Təhdid və şantajları qəbul etmirik”.

Qeyd edək ki, Türkiyənin Enerji və Təbii Qaynaqlar Nazirliyi Tütkiyə və Yunanıstan arasında NATO formatında başlamış müzakirələr səbəbindən fəaliyyəti dayandırılan Oruc Rəis araşdırma gəmisinə dair açıqlama verib. Nazirlik bildirib ki, Oruc Rəis gəmisi aylıq planlı baxış üçün limana dönüb və baxış işlərinin ardından fəaliyyətini davam etdirəcək.

Yunanıstan Baş naziri Kiryakos Miçotaksis isə Oruc Rəis gəmisinin limana çəkilməsinin müsbət addım kimi xaraketerizə edib. O bilirib ki, Şərqi Aralıq dənizindəki gərginliyi azaldacaq bu addımın müvəqqəti olmayacağına ümid edir: “Belə müsbət işarələr davam edərsə, Türkiyə ilə görüşlərə hazırıq”.

Yunan lider əlavə edib ki, dialoqdan qaçmaq gərək deyil: “Aramızdakı gərginliyi arxada qoyub Türkiyə ilə dəniz sərhədlərini müəyyən edəcək pozitiv dialoq mərhələsinə başlamağı arzu edirəm. Belə əhəmiyyətli addım yalnız Türkiyə-Yunanıstan münasibətlərinə deyil, Türkiyə-AB əlaqələrinə də müsbət təsir göstərəcək”.

Yunanıstan baş naziri Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanla üz-üzə görüşməyə hazır olduğunu bildirib.

Türkiyə ilə Yunanıstan arasında dəniz sərhədinin statusu haqqında rəsmi razılaşma olmadığına işarə vuran Kiryakos Miçotaksisin fikrincə, dəniz sularının bölünməsi təkbaşına elan edilə bilməz, bu, ikitərəfli razılaşmalarla müəyyən olunmalıdır: “Biz Türkiyə ilə belə bir razılaşma əldə etmək istəyirik. Anlaşmadığımız təqirdə Lahey məhkəməsinə (Beynəlxalq Məhkəmə) müraciət etməyə tərəfdarıq”.

Türkiyə Milli müdafiə naziri Hulusi Akar isə bəyan edib ki, Yunanısatan 18 adanı razılaşmaları pozaraq silahlandırıb: “Bunlar gərginliyi artırır və qarşılıqlı dialoqu pozur”.

Türkiyənin dialoqa hazır olduğunu bildirən müdafiə nazirinin sözlərinə görə, Oruc Rəis gəmisi planlı fəaliyyət səbəbindən limana çəkilib: “Oruc Rəisin limana dönüşü səbəbindən hər hansı bir sıxıntı yoxdur. Bu, mövcud planlar çərçivəsində aparılan işdir. Bizim öz haqlarımızdan imtina edilməsi müzakirə mövzusu deyil. Türkiyə mənfəətlərini qorumaq üçün nə etmək lazımdırsa, bu günə qədər edib və bundan sonra edəcək”.