Yunan deputat: “Türkiyə supergücdür, Fransaya arxalaanmaqla səhv edirik”

12

Hurriyyet.org xəbər verir ki, Yunanıstanın millət vəkili Liana Kanelli iştirak etdiyi bir televiziya verilişində Şərqi Aralıq dənizi məsələsində Fransaya arxalanmağın xəta olduğunu bildirərək deyib: “Heç kim bizi sevdiyi üçün Yunanıstana gəlmir. Yunanların mənafeyi üçün ölmürlər”. Yunan vəkil Türkiyənin regional supergüc olduğunu da söyləyib.

Kanelli Yunanıstanın Fransaya bel bağlamaqla ölümcül xəta elədiyini bildirib: “Bəziləri Yunanıstan-Fransa ittifaqı şüarları səsləndirir. Vaxtı ilə Fransa prezidenti  Valeri Jiskar D’Estenin buraya gəlməsi üçün qarşısındakı ağacları kəsirdik. Heç kim bizim üçün buraya gəlmədi, Liviyaya getməyə üstünlük verərlər, amma bizim üçün buraya gəlməzlər. Heç kim bizi sevdiyi üçün Yunanıstana gəlmir, Yunanıstanın mənafeyi üçün ölmürlər”.

Yunan millət vəkili Türkiyə Prezidenti R.T.Ərdoğanın Türkiyənin mənafelərinə sahib çıxan strateji bir ağıl olduğunu söyləyərək deyib: “Türkiyə regional supergücdür”.