Yunan mətbuatında “Oruç Rəis” narahatlığı: “Türklər hara qədər irəliləyəcəklər?”

21

 

Hurriyyet.org xəbər verir ki, Türkiyənin “Oruc Rəis” seysmik araşdırma gəmisinin NAVTEX elan edilən bölgəyə digər donanma gəmiləri ilə birlikdə daxil olması yunan mətbuatı tərəfinfən narahatlıqla qarşılanıb.

Mətbuatda bu hadisə ilə bağlı aşağıdakı başlıqlar manşetə çıxarılıb: “Egeydə qorxu dolu gecə”, “Türklər hara qədər irəliləyəcəklər?”, “Yunanıstanla Misir arasındakı müqavilə türklərin planını poza bilmədi”, “Bu gəmiləri heç kim dayandırmayacaqmı?”