Salam, xoş gəlmisiniz.

YÜZMİNLƏRLƏ İNSAN KÖÇÜRÜLƏCƏK: Vayu qasırğası yaxınlaşır

2019-06-12 11:47:12

YÜZMİNLƏRLƏ İNSAN KÖÇÜRÜLƏCƏK: Vayu qasırğası yaxınlaşır

Hurriyyet.org xəbər verir ki, Vayu qasırğasının sabah səhər saatlarında Hindistanın qərb sahilindəki Qucarat əyalətinə çatması gözlənilir. Buna görə də həmin rayonlarda yaşayan yüzminlərlə insanın köçürülməsinə hazırlıq gedir.

Hindistan hökumətinin açıqlamasında Qucerat əyaləti və Diu bölgəsi hakimiyyətinin riskli bölgələrdən təqribən 300 min nəfəri köçürməyi planlaşdırıldığı bildirilir.

Köçürülənlərin 700 ədəd müvəqqəti düşərgəyə yerləşdiriləcəyi qeyd edilib. Hindistanın Meteoroloji dairəsindən verilən açıqlamada da Vayu qasırğasının cümə axşamı günü səhər, Porbandar və Mahuva bölgələri arasındakı sahil zolağından saatda 135 km sürətlə quruya yaxınlaşmasını gözlənildiyi bildirilir.

Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru