Salam, xoş gəlmisiniz.

Zabit Səmədovdan möhtəşəm qələbə

2017-08-24 11:52:01

Zabit Səmədovdan möhtəşəm qələbə

Azərbaycanlı kikboks ustası Zabit Səmədov keçirilən revanş görüşdə qələbə qazanıb.

Hurriyyet.org xəbər verir ki, bu dəfə Səmədov revanş görüşdə rəqibi hollandiyalı Errol Tsimmermana qalib gəlib.

Qarşılaşma Çeçenistanın paytaxtı Qroznı şəhərində keçirilib. Səmədov Çeçenistanın birinci prezidenti Axmat Kadırovun xatirəsinə həsr edilmiş beynəlxalq turnirdə Errolla rinqə çıxıb. Uzun keçən görüşdə Səmədov rəqibindən açıq-aşkar üstünlük nümayiş etdirib. Hakimlərin qərarı ilə görüşün qalibi Zabit Səmədov elan edilib.

Yarışı Çeçenistan prezidenti Ramzan Kadırov da izləyib. Qələbə elan edildikdən sonra Səmədov rinqdən tullanıb və Kadırov onu qucaqlayaraq təbrik edib.

Qeyd edək ki, Zabiq Səmədov Erol Tsimmermanla ilk dəfə 2008-ci ildə üz-üzə gəlib. Avropa Qran-prisinin finalında gücünü sınayan idmançıların yarışında hakimlər Hollandiya təmsilçisini qalib elan etmişdilər./“Ölkə.Az“/

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93