Salam, xoş gəlmisiniz.

Zaqatalada 9 ton narkotik bitki məhv edildi

2019-07-16 10:58:02

Zaqatalada 9 ton narkotik bitki məhv edildi

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, kultivasiyası, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan Hurriyyet.org-a verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində yabanı halda bitmiş ümumi çəkisi 9 ton olan 6000 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilib. Həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru