Salam, xoş gəlmisiniz.

Zaqatalada keçmiş polis əməkdaşını maşın vurub

2018-01-11 11:07:23

Zaqatalada keçmiş polis əməkdaşını maşın vurub

Zaqatalada keçmiş polis əməkdaşını maşın vurub.

Hurriyyet.org xəbər verir ki, yanvarın 10-u saat 20:30 radələrində Şəki-Qax-Zaqatala avtomobil yolunun Zaqatala rayonu Çobankol kəndi ərazisindən keçən hissəsində Balakən rayon sakini Şaban Ramazan oğlu Laçınov idarə etdiyi “Mercedes Vito” markalı 99 XZ 031 dövlət nömrə nişanlı kiçiktutumlu mikroavtobusla yolu keçmək istəyən piyada, Zaqatala rayonu Çobankol kənd sakini, 1969-cu il təvəllüdlü Kamal Fazil oğlu Abdilovu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Kamal Abdilov Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

MRX-dan APA-ya verilən məlumata görə, Kamal Abdilovun müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, Kamal Abdilov 2016-cı ilin sonuna kimi Zaqatala rayon Polis Şöbəsində polis nəfəri kimi çalışıb, hazırda təqaüddədir.

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru