Özbəkistan Türk Şurasına üzv oldu – Azərbaycan XİN bəyanat verdi

16 Sentyabr, 2019, 11:42
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Özbəkistan Respublikasının Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv olması qərarı ilə əlaqədar bəyanat yayıb.

Hurriyyet.org-un məlumatına görə, bəyanatda deyilir:

“2019-cu il sentyabrın 14-ə təsadüf edən Özbəkistan Respublikası tərəfindən Naxçıvan Sazişinin ratifikasiyasının tamamlanması Türkdilli Dövlətlərinin həmrəyliyinin möhkəmləndirilməsində növbəti əlamətdar hadisə oldu. Belə ki, 2009-cu ildə Naxçıvan Sazişi ilə əsası qoyulan və indiyə qədər Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin üzv olduğu TDƏŞ-ə daha bir türkdilli ölkə – Özbəkistanın qoşulmaq qərarı açıqlandı. Bu qərarı münasibətilə qardaş Özbəkistanı təbrik edirik.

Özbəkistan Respublikasının Türk Şurasında təmsil olunmaq qərarı dərin çoxəsrlik köklərə əsaslanan mədəni və tarixi qardaşlığımızı müasir zəmanənin tələblərinə uyğun olaraq Türkdilli Dövlətlərin xalqlarının rifahı naminə daha da inkişaf etdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.

Özbəkistanın TDƏŞ-ə qoşulması barədə bu tarixi qərarının, məhz Naxçıvan Sazişinin imzalanmasının 10-cu ildönümünə təsadüf etməsi Azərbaycan Respublikası üçün xüsusi rəmzi məna daşıyır. Bu il oktyabrın 15-də Bakıda keçiriləcək Türk Şurasının 7-ci Zirvə görüşündə Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə qardaş Özbəkistanın nümayəndə heyətini salamlamaq bizim üçün şərəfli və xoş bir fürsət olacaqdır".


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93