Salam, xoş gəlmisiniz.

Zelenski məmuru belə qovdu: “Hiyləgər, çıx buradan” - VİDEO

2019-07-10 16:32:59

Zelenski məmuru belə qovdu: “Hiyləgər, çıx buradan” - VİDEO

Ukrayna Prezidenti Vladimir Zelenski Borispolda Şəhər Şurasının katibi Yaroslav Qodunoku rəsmi görüşü tərk etməyi tələb edib.

Hurriyyet.org-un “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, Zelenski spikerin çıxışına qulaq asarkən Qodunok onun sözlərini kəsib. Prezident isə məmura ayağa qalxmağı, telefonunu söndürməyi və kürsüyə çıxmağı təklif edib.

Daha sonra Zelenski sözü digər iştirakçıya verib. Bir neçə dəqiqə sonra üzünü Qodunoka tutaraq deyib: “Kimsə yüksək səslə qışqıranda mən o şəxs barəsində internetdə məlumat tapmağı xahiş edirəm. İndi oxudum ki, “Batkıvşina” partiyasının üzvü, Borispol Şəhər Şurasının katibi daha öncə soyğunçuluq edərək ağır yaralanmaya səbəb olma maddəsi üzrə ittiham olunaraq məhkumluq həyatı yaşayıb. Deyin görüm, bu, düzdür, yoxsa yalan? Yaroslav Nikolayeviç, bu, sizsiniz?”.

Az sonra o, məmurdan otağı tərk etməyi tələb edib: “Çıxın buradan. Çıx burdan, hiyləgər”.

Yaroslav məkandan ayrıldıqdan sonra Zelenski tədbir iştirakçılarından üzr istəyərək “Sadəcə banditləri sevmirəm”,- deyib.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru