Salam, xoş gəlmisiniz.

"Özümü təcrid etmişəm, karantində deyiləm" - Teymur Rəcəbov

2020-03-20 12:45:00

Azərbaycanlı şahmatçı Teymur Rəcəbov dünən koronavirus pandemiyasına görə özünü izolyasiya etməsi ilə bağlı "Instagram"dakı paylaşımına aydınlıq gətirib.

Hurriyyet.org-un məlumatına görə, tanınmış qrossmeyster fikirlərinin yanlış anlaşıldığını bildirib.

33 yaşlı şahmatçı sosial şəbəkə hesabında karantində olmadığını yazıb: "Təcridetmə ilə bağlı paylaşımım həddindən artıq ciddi qəbul olunub. Elə başa düşülüb ki, sanki mən karantindəyəm. Halbuki sadəcə, özümü təcrid etmişəm. Ağrılarım yoxdur, karantində deyiləm. Yalnız öz şahmat bacarıqlarımın üzərində işləyirəm. Görünür, "Instagram" vasitəsilə nüfuzum daha da artır".

Qeyd edək ki, Teymur Rəcəbov koronavirusa görə martın 15-də Rusiyanın Yekaterinburq şəhərində start götürən İddiaçılar Turnirindən imtina edib./report/

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93