“Özünü kanala atdı” – Şəkidə 56 yaşlı çobanı döyən aqronom

14 İyun, 2019, 10:00
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Şəkidə 56 yaşlı çobanın döyülməsinin təfərrüatı məlum olub.

Rayonun Böyük Dəhnə kəndinin aqronomu Abbas Abdullayev AzNews.az-a açıqlamasında qoyunlarını onun nəzarətində olan otlaq sahəsinə salan İslam Məmmədovu döymədiyini dedi:

“Mən təsərrüfatla məşğulam. İpəkçilik üzrə həm ali təhsilli aqronom, həm də texnoloqam. Çindən 2 min tut ağacı gətizdirmişəm. Sözü gedən əraziyə 10 minə yaxın tut ağacı əkmişəm. Məqsədim baramaçılığın inkişafına dəstək verməkdir. 3 ildir ki, mənim dövlət layihəmi İslam Məmmədov zay edir. Gecələr qapını qırıb ora iri buynuzli mal-qarasını salır, heyvanlar ağacları pis günə qoyur. Deyir bu ərazidə ancaq mənim heyvanlarım otlamalıdır. Şikayət etmədiyim adam qalmayıb. Bu adamı yığışdıra bilmirlər, hamı onun əlindən zara gəlib. Dünən sahəyə baxmağa getmişdim. Özüm də tək deyildim, qohumlarımdan iki nəfər yanımda idi. Sahəyə çatanda gördüm ki, İslam Məmmədov əlində iki metrəlik bir çomaq, qarşısında da qoyunları… Dedim niyə belə edirsən? Məqsədin nədir? Məni nalayiq söyüşlərlə təhqir elədi. Yaxınlaşanda özünü böyük kanala atdı. Gördüm ki, vəziyyəti pisdir. Qohumlarıma telefon edib kömək istədim. Onların köməkliyi ilə İslamı kanaldan çıxartdırdım və xəstəxanaya apardılar. Mənim ona əlim də dəyməyib”.

Abbas Abdullayev bildirdi ki, hadisə yerindən birbaşa Şəki Rayon Polis Şöbəsinə gedib:

“Olanlarla bağlı izahat verdim. Çünki ona etibarım yoxdur, məni şərləməyinə imkan vermərəm. Sonra eşitdim ki, deyib ki, guya onu mən döymüşəm”.

Qeyd edək ki, Şəki şəhərində 56 yaşlı çoban döyülüb. Rayonun Böyük Dəhnə kənd sakini İslam Məmmədovun döyülməyinə səbəb qoyunlarını başqa adamın nəzarətində olan otlaq sahəsinə salması olub.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93