» » Pedaqoji universitetdə professor-müəllim heyətinin müsabiqəsini ekspertlər necə qiymətləndirir?

Pedaqoji universitetdə professor-müəllim heyətinin müsabiqəsini ekspertlər necə qiymətləndirir?

  • Loading...

    Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev: “Professor Cəfər Cəfərov obyektivlik baxımından örnəkdir”

    Təhsil eksperti Şahlar Əsgərov: “Rektorun addımı çətindir, ağırdır, amma başqa yol yoxdur...”

    Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) kafedralarda tədris olunan fənlər üzrə professor, dosent, baş müəllim və müəllim vəzifələrini tutmaq üçün keçiriləcək müsabiqənin birinci mərhələsi - sənəd qəbulu mərhələsi aprelin 5-də başa çatıb.

    ADPU-da professor-müəllim heyəti müsabiqəsinin II mərhələsi başlayıb

    Bu gündən isə professor-müəllim heyətinin müsabiqəsinin ikinci mərhələsinə start verilib.

    ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən Huriyyet.org-a verilən məlumata görə, bu mərhələdə professor-müəllim heyətinin bilik, bacarıq və peşəkarlıq səviyyəsi müəyyən ediləcək. Alternativ əsaslarla keçiriləcək müsabiqənin məqsədi ADPU-da tədris prosesinin təkmilləşdirilməsi və daha səmərəli qurulması, şəffaf və obyektiv təhsil mühitinin yaradılması, sağlam rəqabətin formalaşdırılması, dərin elmi biliyə, kreativ düşüncəyə, zəngin erudisiyaya, ətraflı dünyagörüşünə, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik rəqabətqabiliyyətli mütəxəssisləri işə cəlb etməkdir.

    ADPU-da professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması qaydaları öncədən universitetin rəsmi saytı olan adpu.edu.az saytında yerləşdirilib, həmçinin bu barədə sosial şəbəkələrdə geniş məlumatlar paylaşılıb. Bununla yanaşı, müsabiqənin keçirilməsi barədə “Xalq qəzeti”nin, “Azərbaycan müəllimi” qəzetinin 4 mart 2017-ci il tarixli saylarında müvafiq elanlar dərc olunub.

    Müsabiqəyə vəzifələr yox, fənlər çıxarılıb – 114 yerə 500 sənəd verilib

    Müsabiqəyə vəzifələr yox, fənlər çıxarılıb. Məlumat üçün bildirək ki, müsabiqəyə çıxarılan 114 vakant yerə 500 nəfər sənəd verib. Müsabiqəyə ADPU-dan 350, kənardan isə 150 nəfər sənəd verib. Sənəd verənlərin 230 nəfərinin elmi dərəcəsi var. Universitetin Filologiya fakültəsində 8 kafedra, 16 fənn, 21 yer üzrə 100 nəfərin sənədi qəbul edilib, onlardan 35-nin elmi dərəcəsi var. Riyaziyyat və informatika fakültəsində 4 kafedra, 8 fənn, 10 yer üzrə 44 nəfərin sənədi qəbul edilib, onlardan 23-nün elmi dərəcəsi var. Fizika və texnologiya fakültəsində 3 kafedra, 8 fənn, 9 yer üzrə 49 nəfərin sənədi qəbul edilib, onlardan 17-nin elmi dərəcəsi var. Kimya və biologiya fakültəsində 8 kafedra, 16 fənn, 20 yer üzrə 72 nəfərin sənədi qəbul edilib, onlardan 38-nin elmi dərəcəsi var. Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağrışaqədər hazırlıq fakültəsində 3 kafedra, 12 fənn, 16 yer üzrə 77 nəfərin sənədi qəbul edilib, onlardan 22-nin elmi dərəcəsi var. Tarix və coğrafiya fakültəsində 7 kafedra, 11 fənn, 18 yer üzrə 83 nəfərin sənədi qəbul edilib, onlardan 45-nin elmi dərəcəsi var. İbtidai təhsil fakültəsində 2 kafedra, 5 fənn, 5 yer üzrə 24 nəfərin sənədi qəbul edilib, onlardan 10-nun elmi dərəcəsi var. Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində 4 kafedra, 11 fənn, 5 yer üzrə 51 nəfərin sənədi qəbul edilib, onlardan 13-nün elmi dərəcəsi var. “Psixologiyanın əsasları” və “Psixologiya” fənni üzrə 2 yerə 3 nəfərin sənədi qəbul edilib.

    Narazılıq yaranmaması üçün rektor nəzarət edəcək

    ADPU-nun rektoru, professor Cəfər Cəfərov müsabiqənin şəffaf və obyektiv keçirilməsinə ciddi nəzarət edir.

    Qeyd edək ki, müsabiqənin keçirilmə qaydalarına və şərtlərinə uyğun olaraq ADPU-nun Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin ümumi nəzarəti ilə açıq dərslər keçirilir. Keçirilən açıq dərsləri fakültələrin tədris-metodika şuralarında alim-mütəxəssislər qiymətləndirir, sonra bu qiymətləndirmələr kafedralarda müzakirə olunur və müvafiq qərarlar qəbul edilir. Növbəti mərhələdə fakültə Elmi Şurası kafedraların qərarına münasibət bildirərək qalibləri müəyyən edir və Rektorluq qarşısında qalib gələn şəxslərlə müvafiq fənləri tədris etmələri üçün 5 tədris ili müddətinə əmək müqaviləsinin bağlanılması barədə vəsatət qaldırır. Əgər mübahisəli vəziyyət yaranarsa, rektor tərəfindən bu mübahisənin araşdırılması üçün komissiya yaradılır. Narazılıq öz təsdiqini taparsa, məsələ universitetin Elmi Şurasının müzakirəsinə çıxarılır və Elmi Şura son qərarı verir. Elmi Şuranın qərarı ilə qalib gələn şəxslərlə müvafiq fənləri tədris etmələri üçün 5 tədris ili müddətinə əmək müqaviləsi imzalanır. Müsabiqənin may ayının sonlarında başa çatdırılması nəzərdə tutulur .

    Əjdər Ağayev: “...bu kriteriyaların nəzərə alınması vacibdir”

    Bəs, Azərbaycanın ali təhsil sistemində mütərəqqi bir yenilik, pedaqoji kadrların seçilməsinə fərqli yanaşmanı əks etdirən bu müsabiqə barədə mütəxəssislər, təhsil ekspertləri nə düşünürlər?

    Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev Hurriyyet.org-a bildirdi ki, müsabiqənin bu şəkildə keçirilməsi ən yaxşıların seşilməsi məqsədini daşıyır. Əjdər Ağayevin fikrincə, müsabiqə keçirilərkən hər bir namizədin pedaqoji təcrübə zənginliyi, pedaqoji ustalığı, ixtisas sahəsi üzrə biliklərinin əhatəliliyi, müəllimin kreativ düşüncəyə malik olması, tələbələrlə ünsiyyəti, tələbələrlə əməkdaşlıq şəraiti, səmərəli metodlardan istifadə eləyib bilik, bacarıqların ötürülməsində nailiyyətlər qazanması nəzərə alınmalıdır: “Ali məktəb həm də elmi-tədqiqat mərkəzidir. O müəllimin elmi məqalələri, konfranslarda çıxışları, metodik tövsiyələri, dərslikləri və sairə üstünlük verilməlidir”.

    “Rektor çox çalışır ki, öyrətmək qabiliyyəti, müəllimliyə haqqı olanlar seçilsin”

    ATŞ sədrinin fikrincə, müsabiqə prosesinin obyektiv və şəffaf keçirilməsinə Pedaqoji Universitetin rektoru, professor Cəfər Cəfərov bu baxımdan örnəkdir: “Cəfər Cəfərov çox çalışır ki, hər şey şəffaf olsun, qabiliyyətlililər, haqqı olanlar seçilsin. Onun bu tələbi də aydın görünür. Amma əlbəttə, icraçılar digər adamlardır. Onların içərisində köhnə şəraitdə işləmiş və bu gün də müəyyən təsirlərə malik olan adamlar var. Onlar Cəfər Cəfərovun irəli sürdüyü bu prinsipi yerinə yetirməyi bacaracaqmı? Hər halda, mən hesab edirəm ki, rektorun prinsipi sağlam məqsədə xidmət eləyir və mən belə bir müsabiqənin keçirilməsini faydalı hesab eləyirəm. Bu müsabiqədə tam aydınlıq, şəffaflıq, obyektivliyin öz yerini tutmasını arzu eləyirəm. Çox istərdim ki, müsabiqədən keçənləri də professional mütəxəssislər, yəni pedaqoji təcrübəsi, müəllimlik işinə dərindən bələd olanlar qiymətləndirsin”.

    Şahlar Əsgərov: “Başqa cür mümkün deyil...”

    Təhsil eksperti Şahlar Əsgərov da Hurriyyet.org-a açıqlamasında Pedaqoji Universitetdə professor-müəllim heyətini seçmək üçün müsabiqə şərtlərindəki yeniliyi təqdir edir. Onun fikrincə, Pedaqoji Universitetdə modernləşmə gedir: “Yeni rəhbərlikdə çox ciddi addımlar atılır. Bu da mənim fikrimcə, zamanın tələbidən irəli gəlir, başqa cür mümkün deyil. Ona görə belə qəti addımların atılmasına ehtiyac var”.

     

    “Pedaqoji Universitetin keyfiyyətli ali təhsil verməsi üçün ciddi addımlar atması zərurətdir”

    Bu addımın atılması hansı zərurətdən irəli gəlir, sualımıza cavabında Şahlar Əsgərov bir neçə fakt sadaladı: “Orta məktəbi bitirib ali məktəbə test üsulu qəbul imtahanlarında topladığı bal 200-250 baldır. Keçmiş 5 ballıq qiymətləndirmə ilə müqayisədə bi 3-dən də aşağıdır. Bu onu göstərir ki, orta məktəblərimiz yaxşı təhsil verə bilmir. Orta məktəbdə təhsil verən kimdir? - Müəllimlər, öyrədənlər. Bu müəllimlərin də əksəriyyəti Pedaqoji Universitetin hazırladığı kadrlardır. Deməli, Pedaqoji Universitetin keyfiyyətli ali təhsil veriəsi üçün ciddi addımlar atmaq lazımdır. Belə olan halda orta məktəblərdə təhsilin səviyyəsi yüksələcək. Ona görə rektor bu cür kardinal addımlar atmalıdır. Bu çətindir, ağırdır, ürəkağrıdandır, amma başqa çarəsi də yoxdur. Əgər biz istəyiriksə, XXI əsri müstəqil bir dövlət kimi başa vuraq, bunun üçün hökmən belə riskli addımları atmalıyıq”.

    “Biləni bilməzdən, qananı qanmazdan ayırmaq üçün başqa yol görmürəm”

    Ekspert dedi ki, müəllim hazırlayan universitet kimi ADPU-nun alternativi olmadığına görə, bu ali təhsil müəssisəsinin professor, müəllim heyətinin də yüksək biliyə, ən yaxşı öyrətmək qabiliyyətinə malik olması vacib şərtdir: “Təsəvvür edin, orta məktəblərdə 2 mindən çox saxta diplomlu müəllimlər var. Prfessor elmi dərəcəsi olan alimlərimiz var ki, nəinki öz sahəsini pis bilir, nə rus dili, nə ingilis dilindən xəbəri var. Axı “professor” beynəlxalq bir addır. Bu elmi dərəcəyə yiyələnən haqqında cəmiyyətdə belə fikir formalaşır ki, bu, əhalini düşündürən saysız suallara cava verə bilər, bu şəxs öndə gedən, aparıcı, aydın düşüncəyə malik ziyalı olmalıdır. Amma belə deyil. Niyə? Çünki saxtakarlıq təhsil, elm sistemində çox baş verir. Ona görə, mən Pedaqoji Universitet rəhbərliyinin bu addımını alqışlayıram. Yaxşını pisdən, biləni bilməzdən, qananı qanmazdan, müsbəti mənfidən ayırmaq üçün mən də müsabiqənin bu şəkildə keçirilməsindən başqa yol görmürəm”.

    Hurriyyet.org

    скачать dle 11.3
    Loading...

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите два слова, показанных на изображении:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Сентябрь 2017    »
    ПнВтСрЧтПтСбВс
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    QALEREYA