» » "DAVA DÜŞÜB, İZZƏTİ ÖLDÜRMƏK İSTƏYİBLƏR"

"DAVA DÜŞÜB, İZZƏTİ ÖLDÜRMƏK İSTƏYİBLƏR"

  • Loading...

    Vüqar Əhməd: “Nə yaxşı ki, Elçin, Tural orda olub, İzzəti ölümdən qurtarıblar

    “İzzətin 1500 manatını geri qaytardılar”

    Avqustun 30-da “Neolit” şadlıq Sarayında baş verən insidentlə bağlı araşdırma davam edir.

    Xatırladaq ki, həmin tarixdə “Neolit” restoranında bir ailə öz yaxınları ilə birgə övladının ali məktəbə qəbul olunması münasibətilə məclis düzənləyib. Orada müğənni İzzət Bağırovla məclisə qatılanlar arasında mübahisə yaranıb. Məlumata əsasən, bu zaman İzzət Bağırov məclisi tərk etmək istəyib. Məclis sahibi isə ondan geri dönərək tədbiri sonadək oxumağı tələb edib. Daha sonra mübahisə əlbəyaxa davaya dönüb. Nəticədə 44 yaşlı Novruz Aslanov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaxınlarının dediyinə görə, onu müğənni İzət Bağırovun mühafizəçiləri amansızcasına döyüblər, daha sonra “beşbarmaq” adlı alətlə xəsarət yetiriblər.

    Baş verənlərlə bağlı müğənni İzzət Bağırovla əlaqə saxlamaq cəhdimiz alınmadı. Əvəzində sənətçinin yaxın qohumu, şair Vüqar Əhməd suallarımızı cavablandırdı.

    - İzzət Bağırov niyə baş verənlərlə bağlı heç bir açıqlama vermir?

    -İstintaq getdiyi üçün vəkili danışmasını istəmir. Əslində mənim də danışmağım doğru deyil. Amma yenə də ürəyim dözmür. Mən də istəyirəm ki, hər şey olduğu kimi ortaya çıxsın.

    - Hadisə ilə bağlı müxtəlif versiylar səslənir. Doğrudanmı, bütün insident kamerya düşmək üstə baş verib?

    - Əlbəttə, yox. Tanınmış bir müğənninin nəyinə lazımdır ki, adi məclis kamerasına düşmək üçün belə qalmaqal yaratsın? Bu, ATV-nin kamerası deyil ki... Həmin gün “Neolit”də bir nəfər uşağının ali məktəbə qəbul olunmasını qeyd edirmiş. İzzət səhnədə olub. Məclisdəkilər də çox içkili olublar. Başa düşürəm, övladlarının şad gününü qeyd edirmişlər. Kim olsa sevinər. Amma fakt odur ki, onlar sərxoş olublar. Məclisi onların kamerası çəkirmiş. Bir nəfər deyib ki, onu niyə çəkirsən? Ardınca da çox biədəb söyüş işlədib. İnsan şəxsiyyətini çox alçaldan bir ifadə deyib. Ola bilər, sənin İzzətdən xoşun gəlməsin. O halda söyüş söyməlisən? İzzət də o adama deyib ki, “tərbiyəniz olsun”. Bu sözün qabağında İzzət hələ təmkinlə cavab verib. Yəni başqası olsa o cür pis ifadəyə daha sərt cavab verərdi. Sonra da mübahisə yaranıb. Onlar 12 nəfər olub, cumublar İzzətin üstünə ki, onu döysünlər. Bu zaman restoranın mühafizəçisi Tural, bir də İzzətin dostu, həm də prodüsseri Elçin onu müdafiə etmək üçün qabağa düşüblər. Nəticədə də həm onlar tərəfdən, həm də bu tərəfdən bir neçə şəxs xəsarət alıb.

    - Xəsarət alan Novruz Aslanovun yaxınları mətbuata bildirib ki, Elçinin əlində “beşbarmaq” olub. Prodüsser niyə özü ilə beşbarmaq gəzdirir?

    -“Beşbarmaq” məsələsi böhtandır. Onu deyib Elçinə böhtan atan adam ifadəsini dəyişib. Çünki sübut olundu ki, Elçinin əlindəki “beşbarmaq” yox, İzzətin “mini-diski” olub. Bunu istintaq da sübut edib. O adamın gücü ona çatıb ki, 12 nəfərlə müqayisədə həm özünü, həm də İzzəti  müdafiə edə bilib. Sadəcə, bəzilərinə elə bu lazım idi ki, məsələni böyütsünlər.

    - Belə çıxır ki, xəsarət alanın başına disklə vurulub?

    - İstintaq hələ Elçinin o adamı vurduğunu sübut etməyib. Hələlik sübut olunan odur ki, onlar Elçini döyüblər. Sadəcə, onlar məsələni belə şəkildə deyiblər ki, Elçin vurub. Yəqin vurulubsa da, həmin disklə vurulub. “Beşbarmaq” nədir? Elə alətlər kriminal ünsürlərdə , cinayətkar aləmdə olar, mafiozlarda. Prodüsserdə “beşbarmaq” nə gəzir? Əgər həqiqətən də Elçinin əlində elə bir şey olubsa, məclisi onlar özləri çəkiblər, qoy həmin görüntünü ortaya çıxarsınlar.

    - Zərəçəkənin yaxınları deyir ki, prodesser Elçinlə restoranın cangüdənı Turalı azadlığa buraxıblar. Doğrudurmu?

    - Bəli. Hər ikisi zaminə buraxılıb. Çünki onlar orda qalsaydılar aldıqları xəsarətdən ölərdilər. Elçinin üz-gözü yaman gündədir. Gözünün altı sallanır. Tural isə daha ağır xəsarət alıb. Əməliyyat keçirdi. Üstəlik, ərinin həbs olunması xəbərini eşidəndən Elçinin xanımı bətnindəki 4 aylıq körpəsini itirdi. Dünən onun xanımı da əməliyyat olundu.

    - İzzət Bağırov Novruz Aslanova baş çəkibmi?

    - Bəli. İzzət Novruz müəllimə baş çəkib. Onu qucaqlayıb-öpüb. Söhbətləşiblər. Hətta deyib ki, gəlib bizim toylarda da oxuyarsan. Elə xanımı da çox anlayışlı insandır.

    - Şəkillərdən o adam danışa biləcək durumda olana bənzəmir, nədənsə...

    - O şəkillər hadisə olan günü, yəni 1 həftə bundan qabaq çəkilib. İndi Novruz müəllimi reanimasiyadan palataya köçürüblər. Durumu da pis deyil. İnşaallah, daha da yaxşı olacaq. O, olduqca yaxşı adamdır. Eşitdiyimə görə, mənə də çox hörmət edir. Deyib ki, qızım Almaxanım “Qran-pri” alanda onlar çox sevinib. Yəni demək istəyirəm ki, palatada belə söhbətlər də ediblər. İzzət xəstəxana xərclərini çəkmək üçün onlara yardım da təklif edib. Hətta çıxanda 1500 dollar pul da qoyub. Amma bunu ona görə etməyib ki, bu məsələdə suçludur. Ona görə edib ki, məsələ barışla, sülhlə həll olunsun. Deyib ki, yenə maddi dəstək verməyə hazırdır. Sadəcə, onların qohumu -Eldəniz gətirib pulu geri qaytarıb.

    Yenə də deyirəm,  İzzət bu addımı ona görə etməyib ki, suçludur. İzzətin yerində kim olsa belə edərdi. Onların hərəkətindən elə çıxır ki, bunlar 30 ilin müğənnisinə, hacı adama nə istəsələr deyə, təhqir edə bilərlər, amma o, etiraz edə bilməz. Onlar hesab edir ki, maddi cəhətdən təminatlıdırlarsa, hər kəsi aşağılaya bilərlər. Ancaq yanılırlar. Çünki bu ölkənin qayda-qanunu var... Biz yenə də, hər şeyə rəğmən, barışıq tərəfdarıyıq.

    İzzəti bütün Azərbaycan tanıyır. Hamı onun necə ədəbli insan olduğunu bilir. İzzət mənim qaynım olduğu üçün demirəm. Hamı bilir ki, indiyədək heç vaxt qalmaqallara, söz-söhbətlərə, dava-dalaşlara qatılmayıb. İzzətə qarşı belə haqsızlıq oldu. Cavabını verdiyi üçün adı ortalıqda bu şəkildə hallandı. İndi İzzəti sevməyənlərin də əlinə şans düşdü. Adama deyərlər, İzzət sizə neyləyib axı? Bəzi müğənnilər kimi xalqımızı təhqir eləməyb. Dövlət tədbirlərində oxuyub. 13 yaşından səhnələrdədir. Bir adam deyə bilməz ki, bu vaxta qədər onun ağzından nalayiq söz çıxıb.

    - Eşitdik Firuzə İbadova, Cavanşir Məmmədov da xəstəni ziyarət edib...

    - Hə, sağ olsunlar. İnsan kimi onlar da bu məsələyə dəstək verdilər. Dost- tanış belə vaxtda bilinir.  Bu məsələdə mən çoxlarının üzünü gördüm. Dünənə qədər “Vüqar müəllim, böyüyümüzsən”, “komandirimizsən” deyən yaxın dostlarım bu məsələdə qaçdılar. İndi nə olub bəyəm?  Dava düşüb, İzzəti öldürmək istəyiblər. Onun qarşısı alınıb. Nə yaxşı ki, Elçin, Tural orda olub, İzzəti ölümdən qurtarıblar. Davanı da salan o söyüş söyən adam olub. Əslində o cinayət məsuliyyətinə cəlb olunmalıydı. Nə isə... 

    Biz yenə də “barış”, “barış” deyirik!

    Bütün fəsadlar bu içki zəhrimardandır. Düzdür, hər kəs neynəyir, nə içir, özü bilər, mən heç kimə məsləhət verə bilmərəm, amma insan gərək içəndə də qədərini bilsin.

    İnşallah, istintaq nəticəsində gerçək ortaya çıxacaq. Mən bizim hüquq-mühafizə orqanların güvənirəm.

    Altunay, Hurriyyet.org

    P.S. Müsahibə hazırlandıqdan sonra Vüqar Əhməd redaksiyamızla təkrar əlaqə saxladı. Bildirdi ki, hüquq-mühafizə orqanları müğənninin prodüsseri Elçinı yenidən həbs ediblər. “Neolit” restoranının cangüdəni Turalsa komaya düşdüyü üçün həkim nəzarətindədir.

    скачать dle 11.3
    Loading...

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите два слова, показанных на изображении:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Сентябрь 2017    »
    ПнВтСрЧтПтСбВс
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    QALEREYA