» » Gündə 2 dəfə çəyirdəyini əzib yesəniz... – MÖCÜZƏVİ MEYVƏ

Gündə 2 dəfə çəyirdəyini əzib yesəniz... – MÖCÜZƏVİ MEYVƏ

  • Loading...

    Üzüm çox yeyilən və sağlamlığımıza faydalı olaraq tanınan bir meyvədir. Hazırda üzümün əsl mövsümüdür. Bəs üzümün orqanizmimizə hansı faydaları var? Hurriyyet.org ailem.az-a istinadla üzümün hansı xəstəliklərə xeyirli olması ilə bağlı sizə məlumat verir.
    Yaşıl üzüm
    Yaşıl üzümün tərkibində B1, B2 vitaminləri, dəmir, maqnezium, fosfor, potasium kimi minerallar var. Yaşıl üzümdən üzüm suyu, sirkə, bəhməz hazırlanır. Həmçinin üzümün yarpaqlarından, çəyirdəyindən belə faydalanmaq olur.
    Qara üzüm
    Qara üzümün yaşıl üzümdən ən böyük fərqi odur ki, qan artırma xüsusiyyəti var. Yağları yandırmağı asanlaşdırır. Bu üzüm orqanizmi təmizləyərək xəstələnmə ehtimalını tamamilə azaldır. Eyni zamanda qara üzüm xərçəngə tutulma riskini də minimuma endirir.
    Qara üzüm şəfa üçün necə istifadə olunmalıdır?
    Gündə 2 dəfə səhər naharından 2 saat sonra və axşam yeməyindən 1 saat əvvəl 2 və ya 3 ədəd qara üzüm çəyirdəyini əzin və yeyin. 10 gün boyunca tətbiq etdiyiniz bu qarışımı ehtiyac duyduqda 1 həftə ara verərək istifadə edə bilərsiniz.
    Beyin inkişafı üçün lazımlıdır
    Unutqanlığa qarşı şəfa olduğundan məktəblilərə bolluca yemək məsləhət görülür. Xüsusilə kişmiş beyin inkişafı baxımından dəstəkləyici rol oynayır.
    Alzheimer xəstəliyinə faydası var
    Üzüm alzheimer xəstəliyindən əziyyət çəkən xəstələrdə amiloid-beta peptit səviyyələrinin azaldılmasında köməkçi olur. Üzüm beyin sağlamlığını qoruyaraq, beynin sistemli bir şəkildə fəaliyyət göstərməsinə kömək edir.
    Bağırsaqları çalışdırır
    Üzüm həzmsizliyi qaydaya qoyaraq bağırsaqların sürətli bir şəkildə işləməsinə yardımçı olur.
    Döş xərçəngindən qoruyur
    Aparılan araşdırmaya görə, üzüm tərkibindəki antioksidantlar baxımından döş xərçənginə faydalı olur. Gündə bir stəkan içilən üzüm suyunun döş xərçəngi ilə bağlı yaranan şişləri əngəllədiyi ortaya çıxıb.
    Üzüm dəri sağlamlığı üçün olduqca əhəmiyyətlidir
    Üzüm ümumi dəri sağlamlığı üçün faydalı bir meyvədir və dəriyə qulluq vasitələrində geniş istifadə olunur. Üzüm fitokimyəvi, antioksidant və antienflamatuar xüsusiyyətlərə sahibdir. Üzüm həm də dəri sağlamlığı üçün həyati əhəmiyyətə malik C vitamini baxımından da zəngindir.
    Qan azlığında faydası var
    Üzüm bəhməzinin qan azlığına da faydalı olduğu məlumdur. Gündə bir qaşıq içilən üzüm bəhməzi qansızlığa faydalıdır.
    Üzümün ən əhəmiyyətli faydaları arasında güclü antioksidant xüsusiyyəti yer alır. Meyvələr arasında ən güclü antioksidantın üzümdə olduğu bilinir.
    Üzüm yorğunluğun aradan qaldırılmasına və stressin atılmasına faydalıdır.
    Üzümün zərəri varmı?
    Üzümün sağlamlıq baxımından hər hansı bir zərəri yoxdur. Ancaq hər meyvədə olduğu kimi, üzümün də tərkibində olan şəkərə görə şəkər xəstələrinin yeməməsi məsləhət görülür.

    скачать dle 11.3
    Loading...

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите два слова, показанных на изображении:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Сентябрь 2017    »
    ПнВтСрЧтПтСбВс
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    QALEREYA