» » Dünyanın hökmdarı o olacaq: Putin gələcəyi idarə edəcək GÜCÜ AÇIQLADI

Dünyanın hökmdarı o olacaq: Putin gələcəyi idarə edəcək GÜCÜ AÇIQLADI

  • Loading...

    Bu il Rusiya məktəblilərinin çoxu üçün tədris ili prezident Vladimir Putinin dünya hökmranlığının qazanılması üzrə məsləhətləri ilə başlandı.

    “Süni intellekt yalnız Rusiyanın deyil, bütün bəşəriyyətin gələcəyini müəyyən edəcək. Bu sferada dünya lideri kim olsa, dünyanın hökmdarı da o olacaq”, - Putin qabaqcadan seçilmiş 16 min Rusiya məktəbində birbaşa translyasiya edilən çıxışında bildirdi.

    Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, ABŞ-ın “Wired Magazine” nəşrinin yazdığına görə, Putinin sözləri Rusiya, Çin və ABŞ arasında süni intellektin köməyilə hərbi gücün artırılmasına yönələn mübarizənin növbəti əlaməti oldu.

    Nəşr qeyd edir ki, hər üç ölkə gələcəkdə ağıllı maşınların onların milli təhlükəsizliyi üçün əhəmiyyətli amil olacağını hesab edir.

    “ABŞ, Rusiya və Çin onunla razıdır ki, süni intellekt gələcəkdə əsas texnologiya olacaq. Milli güc məhz bu texnologiyadan asılı olacaq”, - Yeni Amerikanın Təhlükəsizliyi Mərkəzi analitik təşkilatın əməkdaşı Qreqori Allen iddia edir.

    Allen Milli Kəşfiyyat Direktorluğunun tapşırığı ilə yaxın vaxtlarda hazırlanan məruzənin müəlliflərindən biri idi. Məruzə izah edirdi ki, süni intellekt hərbi işi qəti şəkildə necə dəyişdirə bilər.

    İyulda Çin ölkənin 2030-cu ilə qədər innovasiyaların qlobal mərkəzinə çevrilməsi üzrə ətraflı strategiyanı dərc etdi. Çindən fərqli olaraq, Birləşmiş Ştatlarda suni intellekt texnologiyaları daha müvəffəqiyyətlə inkişaf edir. Pentaqon artıq bir neçə ildir ki, “Üçüncü əks” adlı strategiya üzərində işləyir. Strategiya ABŞ-a intellektual proqram təminatından istifadə edən silah sayəsində potensial rəqiblər üzərində üstünlüyü təmin etməlidir. Eyni üstünlüyü hazırda nüvə bombaları və yüksək dəqiqlikli sistemlərlə təmin edilir.

    Apreldə ABŞ Müdafiə Nazirliyi alqoritmik texnologiyalar üzrə Kompleks qrupu yaradıb. Qrup süni intellekt texnologiyalarının Pentaqon tərəfindən tətbiqi məsələlərini həyata keçirməlidir.

    Rusiya isə yeni texnologiyalar, avtomatlaşdırma və süni intellektin tətbiqi sahəsində Çinə və ABŞ-a uduzur. Ancaq Rusiya 2008-ci ildə qəbul edilmiş silahlı qüvvələrin müasirləşdirilməsi üzrə proqram sayəsində bu sferaya qoyular sərmayələri artırır. Hökumətin Hərbi-sənaye komissiyası 2025-ci il hərbi texnikanın 30 faizinin robotlaşdırılmasını qarşıya məqsəd qoyub.

    “Rusiya süni intellekt sayəsində geri qalıb və indi yaranan boşluğu doldurur”, - Hərbi-dəniz analitik Mərkəzinin Rusiya silahlı qüvvələri üzrə mütəxəssis Samuel Bendett hesab edir.

    Rusiyada texnologiya sahəsi ABŞ və Çinlə müqayisədə nisbətən kiçikdir. Bu isə ən təhlükəli rəqiblərləri suni intellekt yarışında onun şanslarını azaldır. Bendettin sözlərinə görə, Suriya və Ukraynada son münaqişələrin gedişatında Rusiya nümayiş etdirdi ki, o ən mükəmməl texnologiyalara malik deyil.

    Allen isə hesab edir ki, Rusiya kəşfiyyat və təbliğatçılıq kampaniyalarında süni intellekt texnologiyalarından daha təcavüzkar şəkildə istifadəyə hazır olacaq. Onun sözlərinə görə, avtomatlaşdırma sosial şəbəkələrdə haker əməliyyatları və hərəkətlərin potensialını gücləndirə bilər.

    Putin sentyabrın 1-də həmçinin bildirdi ki, süni intellekt sahəsində Rusiyanın müvəffəqiyyətləri dünyanı daha təhlükəsiz edə bilər.

    “İstəməzdik ki, bu inhisarçılıq konkret kiminsə əllərində toplansın”, - o vurğulayıb.

    “Wired Magazine” qeyd edir ki, süni intellekt sahəsində qızğın silahlanma hərbiçilərin əllərinə yeni texnologiyaları verə bilər, amma beynəlxalq siyasətin tendensiyaları əvvəlki kimi qalacaq.

    Qeyd edək ki, daha əvvəl "Tesla” şirkətinin CEO-su Elon Musk Şimali Koreyanın süni intellektdən daha kiçik bir təhdid olduğunu deyib.

    “Süni intellekt Şimali Koreyadan daha ciddi bir təhdiddir. Sonda maşınlar qazanacaq. Heç kim nəzarət edilməkdən xoşlanmaz, amma hər şey (avtomobillər, təyyarələr, yeməklər, dərmanlar...) insana nəzarət edən təhlükələrdir. Süni intellekt də...”, - o yazıb.

    Musk bildirib ki, küçələrə enərək insanları öldürməyə başlayana qədər robotların təhdid olduğu fərq edilməyəcək.

    скачать dle 11.3
    Loading...

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите два слова, показанных на изображении:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Сентябрь 2017    »
    ПнВтСрЧтПтСбВс
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    QALEREYA