» » Ədəbiyyatda milli düşüncə konsepsiyasından bəhs edən monoqrafiya çapdan çıxıb

Ədəbiyyatda milli düşüncə konsepsiyasından bəhs edən monoqrafiya çapdan çıxıb

  • Loading...

    AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun və həmin İnstitutun Dilçilik şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın həmmüəllifi olduğu “Azərbaycan ədəbiyyatında milli düşüncə konsepsiyası və Azərbaycançılıq ideologiyası ” adlı monoqrafiya çapdan çıxıb.

    Hurriyyet.org xəbər verir ki, "Elm və təhsil" nəşriyyatında çap olunan kitabın elmi redaktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, rəyçiləri- AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevadır.

    Monoqrafiyada milli düşüncə konsepsiyası və Azərbaycançılıq ideologiyasından bəhs olunur. Həmçinin Azərbaycançılıq məfkurəsinin milli ideologiya kimi müəyyənləşməsində ümummilli lider Heydər Əliyevin göstərdiyi misilsiz xidmətlər əsərdə özünə yer tapır. Eyni zamanda ana abidəmiz olan “Kitabi-Dədə-Qorqud” dastanından başlamış böyük şair və yazıçılarımızın yaradıcılığında özünə əsas yer tutan milli ideologiya monoqrafiyada ciddi təhlil olunur.

    Görkəmli Azərbaycan ziyalıları Məhəmməd ağa Şahtaxtlı, Cəlil Məmmədquluzadə, Əhməd Cavad, Məmməd Səid Ordubadi, o cümlədən XX əsrin ortalarından sonlarına doğru Mir Cəlal, Məmmədhüseyn Şəhriyar, Məmməd Araz, Bəxtiyar Vahabzadə kimi şair və yazıçılar milli-ideoloji məsələləri uğurla əks etdiriblər ki, bütün bu məsələlər müəlliflər tərəfindən kitabda təhlil və təqdim olunur.

    Yeni nəşr ali məktəb tələbələri, müəllim, elmi tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

     

    скачать dle 11.3
    Loading...

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите два слова, показанных на изображении:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Сентябрь 2017    »
    ПнВтСрЧтПтСбВс
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    QALEREYA