» » Aygün Kazımova: “Almaniyada milyonluq villa almışam, qızımla...”

Aygün Kazımova: “Almaniyada milyonluq villa almışam, qızımla...” - FOTOLAR

  • Loading...

    Müğənni Aygün Kazımova sentyabrın 22-də “Kristal hall”da baş tutacaq solo konserti ilə bağlı mətbuat konfransı keçirib.

    Hurriyyet.org xəbər verir ki, müğənni komandası ilə birlikdə media nümayəndələrinin suallarına cavab verib.

    Tədbiri sənətçinin mətbuat katibi Aynur Hacıyeva açaraq qonaqları salamlayıb: “Biz milyonluq layihə üzərində çalışırıq, sizlərə onu təqdim edəcəyik. Bununla bağlı hamımızı təbrik edirəm. 60-70 nəfərdən ibarət komanda çalışır komandada həm azərbaycanlı, həm əcnəbi əməkdaşlar var. Aygün səhər hamıdan tez məşqə gəlir, hər kəsi də özü oyadır. Gecə də hamıdan sonra buradan çıxır. Konsertə ciddi hazırlaşır. Onun uğuru barədə konsertdən sonra da danışacağıq”.

    Fransız xareoqraf və rejissor Red Bentifor Aygünlə tanışlığından danışıb: “Bir dostum vasitəsi ilə Aygün Kazımova ilə əlaqə qurdum. Sonra Azərbaycana gəlib onunla görüşdüm. Bu mənim üçün böyük görüş idi. O zaman qərara gəldim ki, Aygün Kazımova ilə çalışmalıyam. İncəsənətdə əsas əlaqədir. Onu da biz yaratmışıq”.

    R.Bentiforun fikirlərini A.Kazımova davam etdirib. O, gələcək layihələrindən söz açıb: "Hər zaman konsert bitəndən sonra mən depressiyaya düşürəm. 30 illik səhnə fəaliyyətimdən sonra indi yolunu tapdım. Red bəylə  ilə işbirliyimiz davam edəcək. Bu dəfə depressiyaya düşməyəcəm. Düşünürəm ki, o mənim növbəti şanslarımdan biridir. Bunu belə qiymətləndirirəm. Tale bizi zamanında qovuşdurdu. Bu qismətdir".

    A.Kazımova konserti üçün hazırlanan repertuardan da bəhs edib: “Repertuarı açıqlamayacam. Onu deyim ki, tamaşaçılar tərəfindən sevilən mahnılar yer alacaq. Repertuar seçimi çox çətin idi. Köhnə mahnıların hamısı yeni aranjemanda olacaq. Konsertin musiqi prodüseri, əməkdar artist Rəşad Haşımovla birlikdə hazırlamışıq repertuarı. Rəşadla birlikdə dəfələrlə zəngləşib, görüşürdük. Mən orada 50 mahnı oxuya bilmərəm. Formatdan kənara çıxa bilmərəm, nələrəsə tabeyik, çərçivədən çıxa bilmirik”.

    Sənətçi geyimindən də danışıb: “Geyimimi Rüfət İsmayıl hazırlayıb. Neçə aydır ki, kostyumlarım üzərində iş gedir. Hazırlaşıb  neçə gün məşq edəcəyik. Avropa məktəbinin havası gəlir konsertimizdən. Biz böyük komanda ilə çalışırıq. Hər kəs bu layihəyə qəlbini qoyub. Bütün sənət dostlarımı, həmvətənlərimi orada görmək istəyirəm”.

    A.Kazımova necə arıqlamasının sirrini də açıb: “Mənim üçün önəmlisi yaxşı görünmək və sağlam olmaqdır. Əgər bir neçə ay əvvələ qayıtsanız, görərsiniz bu layihəni nə vaxt, hansı gün başladım. Həyatımı sıfırladım. Hər şey özümdən başladım. Böyük sevgi, əzm, zəhmət, məşqlər 8 ay ərzində məni bu çəkiyə gətirib çıxardı”.

    İfaçı konsertdə heç bir duet ortağının olmayacağını söyləyib: "Yalnız özüm mahnılar səsləndirəcəyəm. Bir reper həmin gün mənimlə səhnəni bölüşəcək. Gənc və istedadlı biridir. Komandamızın bir üzvüdür. Kimliyi gizli qalsın. Elə o səhnədə də ona xeyir-dua verəcəyəm. çox istedadlıdır”.

    Aygün sentyabrın 22-ni seçməsinin səbəbini də açıqlayıb: "Bu həyatda maraqlı şeylər baş verir. Heç nə təsadüf deyil. Biz gücü bir-birimizdən alırıq. Hər birimizin işinə baxa-baxa güc alırıq. Aramızda elə əlaqə yarandı ki, bu yaradıcı insan üçün çox önəmlidir. Bir gün bütün günü məni 22 rəqəmi izlədi. Elə ayın da 22-si idi. Bir dostum məni təbrik etdi. Təşəkkür edib, təbrikin səbəbini soruşdum. Yazdı ki, ən bahalı küçədə villa almısan. Deyirəm, məndə bu bəxt haradadır? Sonra villanın fotosunu göndərdi. Dedi,  konsulluqda işləyən bir nəfər deyir ki, Aygün qızı ilə bu evə gəlir. 4 ildir ki, bu evi alıb. Villaya baxıram ki, üstünə "Aygün 22" yazılıb. Həmin gün 22 ilə bağlı yenə hadisə oldu. 22-ləri hesabladım ki, 666 edir. Deyirəm, yox, bu işdə mənə şeytan kömək edə bilməz. Dostumla yazışanda yazdı ki, saata bax. Gördüm ki, 22:22-dir. Beləcə, konsert oldu 22 tarixində".

    Qeyd edək ki, konsert üçün 10 ədəd avtobus ayrılıb. Onlar tamaşaçıları tədbirin baş tutacağı məkana pulsuz aparacaqlar./musavat.com/

    скачать dle 11.3

    "Facebook"da paylaş
    Loading...

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите два слова, показанных на изображении:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Сентябрь 2017    »
    ПнВтСрЧтПтСбВс
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    QALEREYA