» » ÇİNDƏKİ TUT AĞACI NECƏ PULA ÇEVRİLDİ?

ÇİNDƏKİ TUT AĞACI NECƏ PULA ÇEVRİLDİ?

  • Loading...

    Təqribən 750 il bundan əvvəl, Marko Polo adlı gənc bir venetsiyalı tacir, Çinə səyahətindən bəhs edən bir kitab yazmışdı.

    Dünyanın hekayəsi – Möcüzələr kitabı – Markonun gördüyünü iddia elədiyi qəribə əcnəbi adətər ilə dolu idi.

    Onların arasında Marko Polonu xüsusilə heyran edən bir şey də var idi: “Necə olduğunu izah eləsəm də, bunun həqiqət və məntiqli olmasına heç inanmaya da bilərsiniz”.

    Markonu bu qədər heyran edən nə idi? O, müasir iqtisadiyyatın təməli olan icadlardan birinə şahid olan ilk avropalılardan idi. Bu, kağız pul idi.

    Kubolay xan təsdiq edirdi

    Təbii ki, əsas məsələ kağız deyildi. Müqasir kağız pullar da kağızdan hazırlanmır, pambıq liflərindən, ya da plastikdən hazırlanır.

    Marko Polonu mat qoyan pul da adi kağızdan deyildi. Qara tut ağacının qabığından əldə edilən qara bir kağızdan hazırlanırdı. Bir neçə nəfər səlahiyyətli şəxs tərəfindən imzalanır, parlaq qırmızı damğa ilə möhürlənirdi, şəxsən Moğol imperatoru və Çindəki Yuan xanədanlığının qurucusu Kubilay tərəfindən təsdiqlənirdi.

    Marko Polonun kitabındakı bu bölüm nağılvari bir başlığa malik idi: “Necə olur ki, böyük Xan ağac qabıqlarını kağıza çevirərək, onların dövriyyəyə daxil olmasını təmin edir?”

    “Nominal valyuta”

    Bu kağız pulların dəyəri, altun, yaxud da gümüş kimi düzəldiyi maddə ilə ölçülmürdü.

    Bu pulun dəyəri hökumət tərəfindən müəyyənləşdirilirdi.

    Kağız pul bəzən latın dilində “fiat” pul, yəni, “nominal pul” adlandırılır.  “Fiat” – latın dilində “elə et, elə də olsun” mənasını daşıyır. Kubilay Xan qara tut ağacı qabığının pul olduğunu elan edir və elə də olur.

    Dəmir pullar

    Qızıl və gümüş pullar kimi dövriyyədə olan kağız pullardan ibarət sistem, Marko Poloya da təsir eləmişdi. Dövriyyəyə buraxılmayan o qədər qızıl harada idi? İmperator onu möhkəm şəkildə saxlayırdı.

    Marko Polo qara tut pulunu gördüyü zamanda bu, yeni bir şey deyildi, 1000-ci ildə Çinin Siçuan  bölgəsində meydana çıxmışdı.

    Siçuan, əcnəbi və əksəriyyəti də düşmən olan ölkələrin əhatəsində olduğundan çinli hökmdarlar dəyərli gümüş və qızılın yad əllərə keçməsini istəmirdilər. Ona görə də, maraqlı bir qanun qəbul edərək, dəmirdən hazırlanan sikkələrdən istifadə edirdilər.

    Lakin dəmir pullar praktik deyildilər. 50 qr ağırlığındakı gümüş sikkələrlə dəyişdikdə, bir insan ağırlığı qədər dəmir pul almaq olurdu.

    Duz kimi adi bir şey belə qram-qram dəmirdən daha dəyrli olurdu və ona görə də bazara getdiyiniz zaman çuval dolusu dəmir pullar aldığınız mallardan daha ağır olurdu.

    Mübadilə sənədləri dövriyyəyə daxil olur

    Vilyam Qotsmanın “Pul hər şeyi dəyişdirir” adlı kitabında Siçuan tacirlərinin bu problemi həll eləmək üçün bir alternativ ixtira elədilərini yazır.

    Alternetib olaraq, “jiaozi” adlanan mübadilə sənədlərindən istifadə eləməyə başlaybılar. Kisə-kisə dəmir pul daşımaq əvəzinə, etibarlı bir tacir “jiaozi” adlanan “mübadilə sənədi” – yəni, çek yazırdı. Beləliklə, çeklər dövriyyədə sərbəst şəkildə istifadə edilməyə başlanıb. Müəyyən bir dükan sahibinin yazdığı çeklər başqaları tərəfindən də istifadə edilə bilərdi və bu çeklər əldən-ələ gəzirdi.

    Əvvəlcə jiaozilərin çapını bir qanuna əsaslandırdılar, sonradan özəl sektorun da jiaozu çapını qadağan edərək, işi tamamilə öz əllərinə aldılar.

    Rəsmi jiaozilərdən böyük uğurla istifadə edilməyə başladılar, bu valyuta regionlararası, hətta beynəlxalq səviyyədə dövriyyəyə daxil oldu.

    Əvvəlcə jiaozilər dövriyyədəki sikkələrlə dəyişdirilə bilirdi. Lakin daha sonra hökumət nominal pul sisteminə keçdi. Prinsip eyni idi, ancaq jiaozi metal pullarla dəyişdirilmirdi.

    Kağız pullar real bir dəyər daşıyaraq istifadə edilirdi.

    Keçmiş jiaozini gətirib, dövlətin xəzinəsindən yenisini alırdılar.

    Bu, müasir bir addım idi. Bu gün istifadə elədiyimiz pul mərkəzi banklar tərəfindən çap edilir, köhnələrini yeniləri ilə dəyişdirmək olur.

    İnflyasiya problemi

    Hökumətlər üçün nominal pullar çox cəlbedici idi – borcu olan bir hökumət dərhal pul çap edə bilir. Daha çox pul eyni miqdarda mal və xidməti ödədikcə, qiymətlər bahalaşır.

    Sonq xanədanı həddən artıq jiaozi çap elədi. Saxtakarlıq da problem yaradırdı. XI əsrdə icad edildikdən sonra jiaozinin dəyəri  və nüfuzu azaldı, dəyərinin 10 faizi qarşılığında mübadilə edilirdi.

    Bundan betərini yaşayan ölkələr də olub. Veymer Almaniyası və Zimbabve kimi ölkələr həddən artıq pul çap eləməyin iqtisadiyyatı əhv eləməsinə məşhur nümunələrdirlər.

    Rekord Macarıstandadır

    Hiperinflyasiya üçün dünya rekordu 1946-cı ildə qiymətlərin 3 gün içərisində üçqat artdığı Macarıstan tərəfindən yenilənib. Budapeştdə bir kafeyə daxil olduğunuz zaman qəhvənizin pulunu çıxmazdan əvvəl ödəməyiniz yaxşı bir seçim idi.

    Bu hekayələr iqtisadçıları nominal pulun heç bir vaxt  sabit olmayacağına inandırıb. Pulun ABŞ-dakı “Fort Knoks”dı qızıl ilə dəyişdirildiyi qızıl standartlarının intizarını çəkirlər.

    Lakin bir sıra iatisadçılar pulun qızılla ölçülməsinin yaxşı bir fikir olmadığına inanırlar. Zəif və proqnozlaşdırıla bilən inflyasiyanı problem hesab eləmirlər, hətta iqtisadi fəaliyyətin dəstəkləyicilərindən olduğunu düşünürlər.

    Mərkəz banklarının həmişə düzgün miqdarda pul çap elədiklərinə inanmasaq da, bu, mədənçilərin həmişə düzgün miqdarda qızıl çıxaracaqlarına inanmaqdan daha yaxşı seçim kimi görünür.

    Pul çapını artırmaq böhran zamanlarına xüsusilə işə yarayır.

    2007-ci ilin maliyyə böhranından sonra ABŞ Mərkəzi Bankı inflyasiya yaratmadan iqtisadiyyata trilyonlarla dollar buraxdı. Daha doğrusu, pul çap eləmək məcazi idi: trilyonlar qlobal bankçılıq sistemində klaviaturaya vurularaq yaradılırdı.

    Marko Polo gözlərini təəccüblə açaraq belə yazardı: “Böyük mərkəzi bank kompüter ekranında rəqəmlərini görünməsini təmin edərək keçici işarələri pula çevirir”.

    Texnologiya dəyişib, lakin pulun keçərliliyi hələ də heyranlıq doğurur.

    Hurriyyet.org

    скачать dle 11.3
    Loading...

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите два слова, показанных на изображении:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Сентябрь 2017    »
    ПнВтСрЧтПтСбВс
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    QALEREYA