» » Sürücüləri çaşdıran yol nişanları: Diqqətli olun! – VİDEO

Sürücüləri çaşdıran yol nişanları: Diqqətli olun! – VİDEO

  • Loading...

    Yolda avtomobillərin ötməsini bildirən xətlər olsa da, digər tərəfdən “Ötmə qadağandır” nişanı qoyulub. Mövcud vəziyyət Cəlilabad rayonunun mərkəzi prospektindədir.

    Hurriyyet.org Xəzər TV-yə istinadla xəbər verir ki, 4 zolaqlı, iki hərəkət istiqamətli yol bir müddət əvvəl yenicə əsaslı təmir olunduqdan sonra burada eyni vaxtda bir istiqamətdə iki nəqliyyat vasitəsinin hərəkət etməsi üçün yol zolaqları çəkilib. Lakin yol kənarında bunun tam əksini göstərən yol nişanının – “Ötmə qadağandır” nişanın olması sürücüləri çaş-baş salır. Bir müddət öncə sözügedən yolda sağdakı avtomobili ötən rayon sakini Əbülfət Həsənovun övladına da yol polisi məhz bu məsələyə görə cərimə protokolu tərtib edib.

    Əbülfət Həsənov iddia edir ki, burada yola çəkilmiş hərəkət zolaqlarını bildirən xətlə yol nişanı bir-birinin tam əksidir.

    Sözügedən yolda hərəkət edən digər sürücülər də mövcud vəziyyətin onları çaş-baş saldığını etiraf edirlər.

    Baş dövlət yol polisi idarəsinin şöbə müdiri Kamran Əliyev bildirdi ki, həmin yolda nişanın tələbi qüvvədədir. Ona görə də xətlər qırıq olsa belə, ötmək qadağandır.

    скачать dle 11.3

    "Facebook"da paylaş
    Loading...

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите два слова, показанных на изображении:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Сентябрь 2017    »
    ПнВтСрЧтПтСбВс
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    QALEREYA