» » “SİVİLİZASİYALARIN TOQQUŞMASI” – Qırılma xətləri münaqişələrin yaranmasına səbəb olur

“SİVİLİZASİYALARIN TOQQUŞMASI” – Qırılma xətləri münaqişələrin yaranmasına səbəb olur

  • Loading...

    Gələcəyə baxış kontekstindən yanaşsaq, görərik ki, əksər mütəxəssislər daima cəmiyyətin sabahının sifətini tapmağa cəhd göstərirlər. 1996-cı ildə Samuel Hantinqton özünün qlobal geosiyasətə müfəssəl baxışını “Sivilizasiyaların toqquşması” (The Clash of Civilization) adlı kitabında geniş analiz süzgəcindən keçirib.

    Soyuq müharibənin qurtarması və 1989-cu ildə Berlin divarının uçurulması ilə Qərbdə eyforiya küləkləri əsməyə başladı. Elə güman edilirdi ki, bazar iqtisadiyyatı qələbə qazanıb və o praktik tətbiq gördüyü bütün məkanlarda vətəndaşların həyatını yaxşılaşdıracaq. Demokratiya ideyası tədricən hər yerdə öz təsdiqini tapmalıydı. Müdafiə sektoruna çəkilən nəhəng xərclərin dövrü keçmişdə qalmışdı və İsveçrənin Davos şəhərində toplanan siyasi liderlərdən, müəssisələrin rəhbərlərindən, jurnalistlərdən və bankirlərdən ibarət yeni dünya elitası formalaşmışdı. Onların hamısı demokratiyanın əbədi sülhə gətirəcəyinə tam əmin idi.

    Məhz bu şəraitdə Harvard Universitetinin professoru Samuel Hantinqton 1993-cü ildə “Foreign Affairs” jurnalında “Sivilizasiyaların toqquşması” adlı məqalə dərc etdirdi. Əgər Hantinqtonun yazdıqlarına 11 sentyabrdan sonrakı prizmadan baxmasaq, onda onun başlıca fikirləri sanki, bayağı təsir bağışlayacaq.
    Amma buna baxmayaraq, 1990-cı illərdə bu yazı o zaman kommunizmin dağılması ilə tarixin sonunun gəlməsi kimi dəbdə olan ideyaya zidd gəlirdi. Həmin ideya bundan bir il əvvəl Frensis Fukuyamanın çapdan çıxmış və liberal demokratiyanın geniş yayılmasının carçısı sayılan ”Tarixin sonu və sonuncu insan” (The End of History and the Last Man) kitabı ilə daha da böyük uğur qazanmışıdı.

    300px-Samuel_P._Huntington_(2004_World_Economic_Forum)

    Hantinqton yazırdı: ”Mənim hipotezim ondan ibarətdir ki, yeni dünyada münaqişələrin səbəbi ideologiya və ya iqtisadiyyatdan qaynaqlanmayacaq. Bəşəriyyətin parçalanmasının başlıca səbəbi və münaqişələrin əsas mənbəyi mədəni xarakter daşıyacaq. Beynəlxalq məsələlərdə ABŞ birinci rolda oynamağa davam edəcək, lakin dünyadakı əsəs siyasi münaqişələrdə müxtəlif mədəniyyətlərə aid olan millətlərin və qrupların yolları ayrılacaq. Dünya siyasətində mədəniyyətlərin toqquşması öncüllük edib üstün mövqedə dayanacaq”.

    Mübahisə

    Hantinqtonun məqaləsi inanılmaz mübahisələr doğurdu. ”Foreigen Affairs” baş redaktorunun sözlərinə görə, həmin məqalə üç il ərzində 1940-ci ildən indiyədək yazılmış istənilən materialdan daha çox diskusiya yaratdı. Buna bənzər hal yalnız 1947-ci ildə Amerikan diplomatı Corc Kennanın sovet təcavüzü və onun dayandırılmasının vacibliyi barəsində yazdığı məqalə ətrafında cərəyan etmişdi.

    Hantinqton 1996-cı ildə qələmə aldığı məqaləsinin mövcud versiyasını genişləndirərək “Sivilizasiyaların toqquşması” adlı kitab çapdan çıxardı. Amma adının qarşısında sual işarəsi qoyulmadan nəşr edilən bu kitab ətrafındakı polemika hələ sakitləşməmişdi.

    İlk növbədə kitabın bu məşhur adına diqqət etməliyik. Geosiyasətçi Robert Kaplan xatırlayaraq yazır: ”Bu çox böyük təəssürat yaradır. Biz həmişə öz kitabımız üçün ideal ad axtarırıq. Bundan əlavə, əgər hətta siz onu oxumasanız da belə, bu ad barəsində mübahisə etmək olar. Çünki bu ad sizdə müəyyən bir fikir oyadır”.

    Gəlin bir detala da diqqət yetirək: burada mədəniyyətlər haqqında cəm şəklində danışılır. Yəni, qloballaşma nəzəriyyəsinin aparıcı xüsusiyyət daşımasına baxmayaraq, mədəniyyətlərin çoxluğu artıq parçalanmanın dərinləşəcəyini ehtimal edir.

    Hantinqton 21-ci əsr dünyasındakı yeni qırılma xətlərini görürdü. Bunlaran biri kitabın yazıldığı zaman Balkanlarda başlayan müharibə idi. Professor hesab edirdi ki, ən təhlükəli münaqişlər “sivilizasiyaların qırılma xətti böyünca” gedir. Məsələn, keçmiş Yuqoslaviyanın ərazisi bu cür üç xəttin sərhədində yerləşir: qərb, pravoslav və müsəlman.

    Ümumbəşər mədəniyyətinə iddia etmək

    Onun sözlərinə görə, tarixdə ilk dəfə qlobal siyasət eyni vaxtda həm çox qütblü və həm də ki, çoxmədəniyyətli olub (Əvvəl mövcud olmuş iki bloklu sistemdən və bloklara qoşulmayan ölkələr qrupundan fərqli olaraq). Modernləşdirmə Qərbləşdirmə ilə eyni deyil və heç bir halda ümumbəşər sivilizasiyanı formalaşdırmır və həmçinin də, bütün cəmiyyəti Qərb standartlarına uyğun hala gətirmir. Son zamanlar baş verənlər Qərbin nisbi çöküşü ilə əlaqədar ayrı qüvvələr nisbəti formalaşdırır və Asiyanın (xüsusən Çinin) hərbi-iqtisadi qüdrətini və demoqrafik planda İslamın vüsətli artışını təsdiq edir. 1995-ci ildə Hantinqton qeyd edirdi ki, islam ölkələri mədəni, sosial və siyasi planda 15 il bundan əvvəlkinə nisbətən daha çox müsəlman olublar.

    Ortalığa bəlli bir nəticə çıxır: Qərbin ümumi mədəniyyətə iddia etməsi onu digər sivilizasiyalarla və xüsusən də müsəlman və Çin sivilizasiyaları ilə münaqişəyə doğru itələyir.

    Bu kitaba göstərilən ilk reaksiya əsas etibarıyla məhdud dairədəki geosiyasətçilər və intellektuallardan başladı. ”Hudzon İnstitutu”nun rəhbəri Kennet Vaynşteyn öz skeptik baxışlarını belə xatırlayır: ”Mən onun arqumentlərini şişirdilmiş hesab edirdim”.

    Geosiyasətçi Robert Kaplan isə başqa fikirdədir. O deyir: ”Sivilizasiyaların toqquşmasının əsas dəyəri səs-küylü adlara deyil, incə çalarlara bağlıdır. Nə vaxt ki, insanlar sivilizasiyaların toqquşması ifadəsini eşitdilər, o zaman onlarda belə bir hiss yarandı ki, yəqin söhbət daş dövründəki münaqişədən gedir. Hantinqton bu kəlmədən istifadə etməklə göstərmək istədi ki, toqquşmanın səbəbi parçalanmanın mənbəyi olan modernləşmə ilə bağlıdır”.

    Mədəni və tarixi amillər

    Fransanın “Strateji Araşdırmalar Fondu”nun (Fondation pour la recherche strategique) direktor müavini Bruno Tertre (Bruno Tertrais) özünün “Tarixin revanşı” adlı yeni kitabında Hantinqtonun tarixin siyasətdə yenidən birinci plana qayıtması fikirlərini dəstəkləyir və onun tezislərinə intellektual mübahisəyə ən yüksək dərəcəli Amerikan töhfəsi kimi baxır.

    Bruno Tertre deyib: “Heç kimin anlamadığı bir vaxtda o beynəlxalq nizam qaydalarının hansı yöndə istiqamətlənəcəyi məsələlərini qaldırırdı. Geosiyası məsələlərə mədəni və tarixi amillərin bu cür qayıdışı o zamanlar kifayət qədər yeni idi. ”Foreign Affairs”də gedən məqalə məndə nə xüsusi bir şövq, nə də hiddət yaratdı. Sivilizasiya anlamının geosiyasətə qayıtması ideyası mənə olduqca maraqlı və cazibədar göründü. Hər halda dünyanın səkkiz sivilizasiyaya bölünməsi, həm də onların yekcins törəmə kimi təqdim olunması mənə problemli göründü. Axı, məsələn, nəyə görə iki xristian, bir islam sivilizasiyası mövcuddur? Müasir Rusiya layihəsinin dövlət ittifaqı və pravoslav kilsəsinin çərçivəsindən kənara çıxmasından hələ danışmıram. Burada Rusiyanın çox konfessiyallılığı ön planda dayanır”.

    2001-ci il 11 senyabrdan sonra “Sivilizasiyaların toqquşması”nı yeni uğur dalğası gözləyirdi. Kitab otuzdan artıq dilə tərcümə edildi. Soyuq müharibə zamanı islam və Qərbin min illik münaqişəsi ikinci plana keçmişdi. Onun yenidən aktuallaşacağının söylənilməsi peyğəmbərcəsinə deyilmiş öncəgörmə statusu qazandı.

    Nəticədə bu kitab uzun müddət ərzində “The New York Times”-in bestseller siyahısında birinci yeri tutdu. Bu isə belə bir janrda yazılmış əsər üçün kifayət qədər nadir görülən bir hadisəydi.

    Düzgün olmayan təfsirlər

    Çox təəssüf ki, bu kitaba tamamilə islam və Qərb münaqişəsi prizmasından baxmağa başladılar. Həqiqətən də bu əsərdə həmin məsələyə xeyli yer ayrılır, amma hər şey yalnız belə bir sadə ideya üzərində qurulmayıb. Hantinqtonu kiçik Buşun xarici siyasətinin daşıyıcısı və “mühafizəkarların nəzəriyyəçisi” adlandırırdılar. Hərçənd ki, alim bu cür yanaşanlara öz etirazını bildirirdi. Axı,”Sivilizasiyaların toqquşması” birbaşa göstərir ki, Qərb demokratiyasının “ixracı” mümkün deyil.

    Bruno Tertre məsələni belə izah edir: ”Hamı iki şeyi qarışdırır. Hantinqton sivilizasiyaların müharibə edəcəyindən danışmır, o deyir ki, sivilizasiyaların qırılma xətti böyunca ciddi münaqişələr baş verəcək. Bu heç də eyni şey deyil və onun ideyalarında determinizm olmayıb. Düzgün olmayan yozum üzündən kitab həm səmimi və həm də bilərəkdən yazılmış qızışdırıcı mövqe tutmuş bir əsər kimi görünür. Bundan əlavə, bu kitabı tənqid atəşinə tutanların əksəriyyəti hətta onu heç oxumayıblar”.

    Fransız eksperti müasir dünyamızdakı böyük münaqişələrin müqayisəsini aparır:”Onların bir neçəsi müsəlman dünyasının sərhədində baş verib. Hər necə olsa da, Rusiya və Ukrayna arasındakı toqquşma, Koreya yarımadasındakı gərgin vəziyyət, İran və Səudiyyə Ərəbistanı arasındakı düşmənçilik, bütün bunlar sivilizasiyaların toqquşmasının hansı xətt üzərində baş verəcəyi kontekstində əlaqəsiz kimi görünür. Ona görə də, əksər böhranların izahını tampağa imkan vermir. Hər halda bir sıra radikal islamçı və cihadçı hərəkatlar Hantinqtonun tezislərini özlərinə bir silah olaraq götürüblər. İŞİD, Usama bin Laden və İslam İnqilabı Keşikçiləri deyirlər ki, onlar sivilizasiyalar müharibəsinin məntiqinə uyğun hərəkət edirlər”.

    Çin səfirliyinə vurlumuş zərbə

    Kennet Vaynşteyn deyir ki, Hantinqtonun arqumentləri onu kitab çıxdığı vaxtdan daha çox təəssüratlandırır.
    Sözsüz ki, artıq 11 sentyabr hadisəsi baş verib, amma ekspertlər digər bir mühüm anı önə çəkirlər: 1999-cu ildə Kosovodakı müharibə vaxtı Amerikanlar təsadüfən Çinin Serbiyadakı səfirliyinə təyyarədən raket zərbəsi vurmuşdular. Prezident Klintonun üzr istəməsinə baxmayaraq, Çinin buna reksiyası hədsiz kəskin olmuşdu.
    Kennet Vaynşteyn deyir: ”Bir çoxlarının ümidlərinə baxmayaraq, Çin onların istədikləri istiqamətdə -demokratik yolla getmədi. Bu məsələdə Hantinqton haqlıydı”.

    Hantinqtonun arqumentlərinin hər bir bəndi ilə mübahisə aparmaq olar. Onlar nəyə yönəliblər? Onun nədə yalnış və nədə düz olduğunu göstərməklə bərabər, irəliyə sürdüyü iddiaların ədələtli və səhv olduğunu da demək olar.

    Hantinqtonun kitabı ilə meydana çıxan polemika indiyədək canlı və təzədir. Onun sivilizasiyaların toqquşması konsepsiyası hələ də ekspertlərin istiqamət kimi götürdükləri üfüqləri müəyyənləşdirir.

    Hantinqtonun fikri konkret vəziyyətlər üçün abstrakt çərçivələr yaratmağa can atıb. Necə ki, soyuq müharibə heç də 1945-1989-cu illər arasındakı dünyanın mənzərəsini tam dəqiq təsvir etməsə də, ancaq o həmin dövrün xüsusiyyətinin ən yaxşı versiyası sayıla bilərdi. Eləcə də Hantinqtonun irəli sürdüyü “Sivilizasiyaların toqquşması” nəzəriyəsi və ya paradiqması haqqında eyni düşüncələri söyləmək olar. /Le Monde-Fransa/

    Tərcümə azpolitika.info-nundur

    скачать dle 11.3
    Loading...

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите два слова, показанных на изображении:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Сентябрь 2017    »
    ПнВтСрЧтПтСбВс
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    QALEREYA