» » SƏNSİZ KEÇƏN YUBİLEY...

SƏNSİZ KEÇƏN YUBİLEY...

  • Loading...

    (Müəllim və şair İqbal Axundovun 60 illik yubileyi münasibəti ilə)

    Ümidlə baxıram sən gələn yola,

    Gəl qoyma gözlərim həsrətdən dola.

    1957-ci il may ayının 9-dan 10-na keçən gecə Bakı şəhərində dünyaya gəldin. Həmişə ad günündə deyərdin: anam danışardı ki, sən doğulanda qələbə günü qeyd olunurdu, fişəng atırdılar.

    Belə gözəl gündə doğuldun. Adını İqbal qoydular. Adının mənası “bəxt, taleh” deməkdir. Bəs niyə ömrün yarımçıq qaldı?! 60 yaşın oxuyub, təhsil aldığın, sonra da dərs dediyin məktəbdə sənsiz qeyd olundu. Bunları yaşamaq çox ağır idi. Amma yaşadım. Yaxınlarımız, əzizlərimiz tərəfindən xoş xatirələrlə xatırlandın:

    İçimdə xatirələr tufan kimi çağlayır,

    Göz yaşlarım qurumur, xatirələr ağlayır.

    Hərdən elə bilirəm ki, gözümdən axan o sel yağışları səni mənə qaytaracaq. Nəmli gözlərim elə bilirəm ki, səni mənə gətirəcək. Ona görə ki, sən heç vaxt istəmirdin mənim gözlərim yaşlı olsun, kədərli olum. Sən mənim ömrümə şirin pay kimi gəlmişdin. Ömrümü bir çıraq kimi isitmişdin. Çox təəssüf, ömür vəfa etmədi. Amma bu sənsiz dünyamda səninləyəm.

    İqbal müəllim haqqında keçmiş zamanda danışmaq çox çətindir. Tədbirdə iştirak edənlər, İqbal müəllimin yaxın dostları, müəllimlər, ailə dostlarımız, qohumlar, sinif yoldaşları, şagirdləri onun haqqında qiymətli sözlər söylədilər. Bu sözlər mənə, ailə üzvlərimizə qürur verdi, mənəvi dayaq oldu. İqbal müəllim şəxsiyyətli insan idi. Həmişə deyərdi ki, özün qiymətli olmalısan ki, qiymət verməyi bacarasan. İqbal müəllim haqqında söz deyən insanlar, hamısı qiymətli insanlar idilər. Çox sağ olsunlar, hamısına təşəkkür edirəm. Kaş ki, aramızda olaydı. Ona can sağlığı arzulayardılar.

    Mərhum şairimiz Həmid Abbasın belə bir qiymətli misraları var:          

    Oğlun, qızın gözü yaşlı,

    Hər eşidən köks ötürür,

    Bir qaydadır ana torpaq,

    Yaxşıları tez götürür.

    İqbal müəllim əsl ziyalı idi. Yüksək mədəniyyəti olan bir insan idi. Zahiri gözəlliklərə qiymət vermək asandır. İqbal müəllim daxili gözəl olan, daxili zəngin olan insanlara daha çox dəyər verirdi.

    “Ali savad almaq hər şey deyil, alim olmaq olar, şəxsiyyət olmaq lazımdır”. “Elmin, mərifətin, şəxsiyyətin varsa deməli yaddaşlarda qalacaqsan”. Bu dəyərli sözlər İqbal müəllimin sözləridir. Hamımız kimi İqbal müəllimin ölümü ilə barışa bilməyən yaxın qohum, İqbal müəllimin ürək dostu, fəlsəfə doktoru İmran Axundov “Səninlə sənsiz” kitabını yazdı.

    İmran müəllim yazır: “...mənim yol­göstə­rənim, məsləkdaşım, ürəyimi boşaltdığım yeganə insan İqbaldır. Mən hələ də bu yoxluğu dərk etmi­rəm, bəlkə də dərk etmək istəmirəm, deyə bilmərəm. Bircə onu deyə bilərəm ki, mənim qəlbimdə İqbal adlı bir şam yanır və mən nə qədər sağam o da yanacaq. Onun şöləsi heç vaxt mənim gözlərimdən cəkilməyəcək.

    İqbalı ana torpaq qucaqladı. Bəlkə də müqəd­dəs torpaq xoşbəxtliyə çatdı ki, ən gözəl, ən ağıllı balasını ağuşuna aldı, onu oxşadı, gözlərindən öpdü, - mən indi balanın nə olduğunu bildim, - dedi.

    ...Sən getdin, tək qaldım, təklik amandır.

    Dərdimi deməyə sağım-solum boş.

    Sən getdin, sənsizlik nə yaman dərddir,

    Ürəyim içində yerin qaldı boş.

    Yaxud:

    ...Sənin varlığınla öyünürdüm mən,

    Bu varlıq ruhumun düşüncəsiydi,

    Sənin yoxluğunu anladıqca mən,

    Ruhum uçub getdi, varlıq titrədi...

    Yaxud:

    ...Sənin yoxluğunu mən anlayanda,

    Bülbül nalə çəkir solan gül üstə.

    Sənsizlik gününü mən yaşayanda,

    Sona ölən göllər durur gözümə”.

    İmran müəllim elə bil mənim ürəyimi oxuyub bu sözləri, bu misraları yazıb. İqbal müəllimin 60 illik yubileyinin keçirilməsinə görə çox sevindik. Ona görə ki, işlədiyi kollektivdə hamısı tərəfdən xoş xatirələrə anıldı. Kədərləndik ona görə ki, 60 yaş İqbal müəllimsiz qeyd olundu.

    Əsas ömür tarixə imza verilən ömürdür. İqbal müəllim az yaşadı, amma şərəfli ömür yaşadı. Mən inanıram ki, İqbal müəllim onu sevənləri qəlbində həmişə yaşayacaqdır...

    Gülarə AXUNDOVA

      

    скачать dle 11.3
    Loading...

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите два слова, показанных на изображении:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Сентябрь 2017    »
    ПнВтСрЧтПтСбВс
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    QALEREYA