» » "Lotu Quli"nin kirvəsi məhkəmədə: "Kişi kişinin üzünə durmaz"

"Lotu Quli"nin kirvəsi məhkəmədə: "Kişi kişinin üzünə durmaz"

  • Loading...

    Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

    Hurriyyet.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə şahid qismində  Daxili İşlər Nazirliyinin əməkdaşı Sərxan Kamalov dindirilib.

    O bildirib ki, keçən il mart ayında Nəsimi rayon ərazisində əməliyyat məlumatı daxil olub: "Məlumat gəldi ki, həmin şəxs narkotik alveri ilə məşğul olub. Biz əməliyyat keçirdik. Saxladıq. Cibindən “İphone” markalı telefon və bükümdə 200 qramdan çox narkotik maddə aşkarladıq, protokollaşdırdıq.  Sonra maşınında axtarış apardıq. Avtomobildən 16 ədəd patron, 300 qram narkotik maddə aşkarlandı. Həmin vaxt vəkil və hal şahidləri vardı. Bizim qrupdan başqa Nəsimi rayon Polis İdarəsinin əməkdaşları da axtarışda iştirak edib. Ona heç bir təzyiq, işgəncə olmayıb".

    Vəkilin suallarını cavablandıran polis əməkdaşı hadisənin üzərindən uzun müddət keçdiyindən bəzi detalları xatırladamadığını deyib.

    Təqsirləndirilən Namazov şahidin sözlərinə münasibət bildirib: "Mənim gülməyim gəlir. Baxın, mənim maşınımdan, evimdən patron çıxır. Bəs silah hanı? bir kəlmə demək istəyirəm ki, kişi kişinin üzünə durmaz. Məni tutanda dedilər ki, sifariş yuxarıdandır, getməlisən".

    Qeyd edək ki, Məhəbbət Namazov 2016-cı ilin noyabrın 23-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, onun idarə etdiyi avtomobildən "Makarov" tipli tapança və külli miqdarda narkotik vasitə aşkar olunub.

    Daha sonra Məhəbbət Namazovun Ağstafa rayonun Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Evdən də xeyli miqdarda patron tapılıb.

    Məhəbbət Namazov Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3 (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilir./lent.az/

    скачать dle 11.3
    Loading...

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите два слова, показанных на изображении:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Сентябрь 2017    »
    ПнВтСрЧтПтСбВс
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    QALEREYA