» » ABŞ və Rusiya Suriyanı bölür - neft PKK/PYD-yə qalır

ABŞ və Rusiya Suriyanı bölür - neft PKK/PYD-yə qalır

  • Loading...

    Karar (Türkiyə), 11.09.2017

    İŞİD-in Suriyada sürətlə itirdiyi ərazilər ABŞ və Rusiyanın dəstəklədiyi qüvvələr arasında bölünməyə məhkumdur. Son örnək Suriya neftinin ürəyi Deyr-əz-Zor olub. Qərbdən  hərəkətlənən Əsəd qüvvələri Deyr-əz-Zorun mühasirəsini yardıqdan sonra PKK-PYD gücləri də Fərat çayının şərqindən Deyr-əz-Zora doğru hərəkətləniblər.

    İŞİD terror təşkilatının nəzarətindəki ərazi daraldıqca aydın olur ki, ölkənin bölünməsi necə baş verir. Son nümunə Suriya neft hasilatının mərkəzi Deyr-əz-Zordur. Suriya rejimi Rusiyanın dəstəyi ilə ölkənin mərkəz və şərq rayonlarında İŞİD nəzarətindəki böyük ərazini  ələ keçirib. Rejim qüvvələrinin Deyr-əz-Zorun mərkəzində üç il ərzində qaldığı mühasirə yarılıb. Suriya ordusu ötən gün isə (sentyabrın 10-da-tərc.) xəbər verib ki, İŞİD-in dövrələdiyi aerodromun mühasirəsini yarmağa müvəffəq olub. Aeroprt İŞİD-in 2016-cı il avqust hücumu nəticəsində şəhərin qalan hissəsindən ayrılmışdı.

    Bu arada ABŞ-ın dəstəklədiyi, özəyini PKK-PYD təşkil edən “Suriya Demokratik Qüvvələri” (SDQ) açıqlama verərək “Deyr-əz-Zorda əməliyyatın başlandığı”nı bildirib. Təşkilat elan edib ki, birinci məqsəd – Fəratdan şərqdəki əraziləri İŞİD-dən təmizləməkdir. Yerli qaynaqlardan alınmış məlumatlara əsasən, PKK-PYD qüvvələri əl-Həsaka əyalətinə aid Qırxyeddi şəhəri rayonunda əməliyyata başlayıblar. PKK-PYD yaraqlıları əl-Həsaka əyalətinin cənubunda əş-Şəddad şəhərinin Cips rayonundakı dayaq məntəqələrindən yönəldilən əməliyyat çərçivəsində Qırxyeddi şəhərindən cənubi-qərbə irəliləyib və Deyr-əz-Zora can atırlar. SDQ əməliyyatın ilk günündə beş kəndi ələ keçirib. “Fikrimcə, Fəratın şərqi ABŞ-a, qərbi isə Rusiyaya qalacaq”, – deyə Yaxın Şərq üzrə təcrübəli jurnalist Elayca Manye şərh edir. SDQ-nin Suriyada Fərat çayının şərqini işğal edəcəyi halda PKK-PYD Suriyanın mühüm neft bölgələrini ələ keçirəcək. Lakin bu bölgü də problemlərlə müşayiət oluna bilər. Çünki Əsəd rejiminin Deyr-əz-Zora göndərdiyi konvoylarda səyyar körpülər və qayıqlar qeydə alınıb. Deməli, rejimin Fəratdan şərqə keçmək niyyəti var. Bu bölgədə xeyli neft ehtiyatları yerləşir. Rejim gücləri çayın qarşı sahilinə keçsə, SDQ-yə ilişə bilər. SDQ bəyanatında qeyd olunub ki, rejimlə toqquşmalar gözlənilmir, lakin hücum halında müdafiə tədbirləri alınacaq.

    Deyr-əz-Zor Suriya neft hasilatının ürəyidir. Müharibə başlayana qədər 2011-ci ildə neft Suriyaya dövlət gəlirlərinin 25%-i gətirib. Bu dövrdə gündə ortalama 385 min barrel xam neft hasil edən Suriya illik neft satışından 3,2 milyard dollar əldə edib. Suriyadakı neft ehtiyatları 2,5 milyarda barrel dəyərindədir.

    Deyr-əz-Zor onların nəyinə lazımdır? ABŞ üçün “federativ Suriya”nın qəlbidir

    Deyr-əz-Zor bir tərəfdən Rusiya-İran-Suriya rejimi, digər tərəfdən ABŞ-PKK/PYD düüşərgələri arasında açar məntəqə olub. PKK/PYD-i özünün Suriya siyasətinin mərkəzinə qoymuş ABŞ kantonal inzibati muxtar strukturların mövcudluğu ilə federativ Suriya qurmağa hazırlaşır. Deyr-əz-Zor bu baxımdan ABŞ başçılığı altındakı “PKK/PYD dövləti üçün” həm təbii ehtiyatları, həm də İraqla ticarəti təmin edən yerləşmə baxımından həyatönəmli dəyərə malikdir. 150 ABŞ xüsusi təyinatlısı Deyr-əz-Zorda əməliyyatın gedişində PKK-PYD yaraqlıları ilə qarşılıqlı fəaliyyət üçün  əl-Həsaka əyalətində əş-Şəddad rayonundakı Cips neft-qaz yatağında yerləşib. PKK-PYD qüvvələri hazırda həmçinin Rakkanın İŞİD-dən azad edilməsi üzrə əməliyyat aparır.

    İran üçün Aralıq dənizinə nisbətdə planın əsas bəndidir

    Əsəd rejimi Deyr-əz-Zorda əməliyyatın gedişində təkcə Rusiyanın deyil, həm də İranın dəstəyini alır. Suriya rejiminin sıralarındakı döyüşçülərin, təxminən, 40%-i İranın təlim keçdiyi döyüşçülər turur. Lakin İranın Deyr-əz-Zora nisbətdə planı daha geniş perspektivi əhatə edir. Bağdad hökumətinə loyal, İranın dəstəklədiyi “Həşdi Şabi” qüvvələri İraq ərazisində Deyr-əz-Zordan şərqə Mosulda yerləşib. Bundan başqa, “Həşdi Şabi” həmçinin cənubda Suriya-İordaniya sərhədinin yaxınlığında Ət-Tanfanın qarşısında ər-Rutbədə yerləşib. Ət-Tanfadan şimala əz-Zakf rayonunda isə “Həşdi şabi” ilə birləşməyi gözləyən İran döyüşçüləri var. Bu dəstələr şimali-şərqdə Suriya-İraq sərhədinə yetişə bilsə, İranın məqsədi – Aralıq dənizinə çıxmaq – həyata keçəcək.

    Tərcümə Strateq.az-ındır.

    скачать dle 11.3
    Loading...

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите два слова, показанных на изображении:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Сентябрь 2017    »
    ПнВтСрЧтПтСбВс
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    QALEREYA