» » Elza qalmaqallı şeirinin başqa mənasını açıqladı - VİDEO

Elza qalmaqallı şeirinin başqa mənasını açıqladı - VİDEO

  • Loading...

    Əməkdar artist Elza Seyidcahan qalmaqala səbəb olan “Tikim sizin ağzınızı” şeirindən danışıb. Hurriyyet.org-un məlumatına görə, “APA TV”-nin “Show time” verilişinin qonağı olan bəstəkar-müğənni yeni şeirinin müzakirələrə səbəb olması barədə bu sözləri deyib: ““Tikim sizin ağzınızı” şeirimdən sonra insanların ağzı açıldı. Elə insanlar var ki, onların ağzından söz tökülür. Deyim var ki, “Ağzını aç, səni tanıyım”. Mən adi insanlardan incimirəm. Bütün hər şeyi adi insanların üzərinə atırlar. Deyirlər ki, sosial şəbəkədə məni tənqid edirlər. Amma mən nə qədər ədəbiyyat müəllimləri tanıyıram ki, ağlayaraq mənə zəng edib deyilər ki, niyə sizin şeirlərinizi belə təqdim edirlər? Deyirlər ki, siz onu fəlsəfi mənada yazmısınız, amma nədənsə onu yozurlar. Biz məşhurlar nümunəyik. İnsanları başqa istiqamətlərə yönləndirməyək”.

    E.Seyidcahan şeirinin yozulmasına isə bu cür şərh verib: “Sənət yozulmaq üçündür. Yozsunlar, amma onun fəlsəfəsini anlasınlar. Özlərinə yazar deyənlər bunun mənasını açmadılar, əksinə barəmdə kampaniya qurdular ki, Elzaya yol verməyək, belə şeirlər yazsın. Onların adlarını çəkməyəcəm. Onlar şeir yazırlar, amma ədəbi dildə danışa da bilmirlər. Mən bu şeiri yazanda düşünmədim ki, belə mənaya yozacaqlar. Yozmaları heç məni maraqlandırmır. Mənim bəzən çox acığım tutur ki, deyirlər, filan sözü işlətmə, oğlanlar arasında belə pis səslənir. Azərbaycan dilində bəzi sözlər var ki, terminləşdiriblər. Niyə? Niyə mən öz dilimdə rahat danışmamalıyam?

    Əməkdar artist bildirib ki, onun tənqidçiləri ailə üzvləridi: “Mənim ən böyük tənqidçim özüm, anam, daha sonra bacılarım, dayılarım və övladlarımdır. Tənqid mənim tərbiyəmdir. Uşaq vaxtı bizim evə qonaq gələndə və gedəndə anam bizi döyərdi. Yəni deyərdi ki, qonaq yanında elə oturmaq, elə danışmaq, bir sözlə elə davranmaq olmaz. İndi də insanlarla münasibət qurarkən özümü tənqid edirəm”. 

     

    скачать dle 11.3
    Loading...

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите два слова, показанных на изображении:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Сентябрь 2017    »
    ПнВтСрЧтПтСбВс
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    QALEREYA