» » "İsraildən 200 min nəfər kürd yəhudisini İraqın şimalına yerləşdirəcəyik" - BƏRZANİ

"İsraildən 200 min nəfər kürd yəhudisini İraqın şimalına yerləşdirəcəyik" - BƏRZANİ

  • Loading...

    Səddamın devrilməsinə bəhanə olan 11 sentyabr terrorundan başlanan yolu sonu

    Hurriyyet.org xəbər verir ki, referendum prosesində yeganə dəstəyi İsrail olan Məsud Bərzaninin İsraildə yüksək vəzifələrdə işləyən kürd yəhudiləri sayəsində həm referendumda güclü dəstək almağı, həm də özünə meydan yaratmağı planlaşdırdığı bildirilir.

    Türkiyənin “Yeni Şafak” qəzetinin internet saytında yazılıb ki, Şimali İraqda işıq üzü görən “İsrail Kürd” jurnalında dərc edilən dosyada İsrail və Bərzani münasibətlərindən bəhs edilib, onun İsraildə yaşayan 200 min nəfərə yaxın yəhudinin geri qayıtmasını gözlədiyi yazılıb. Bu dosyada həm İsraildəki kürd yəhudilərin, həm də Bərzani ailəsi və çevrəsinin həmin günləri gözlədiyi vurğulanıb. Həmçinin, İsrail qurulduqdan sonra İraq və Suriyadakı yəhudilərin böyük bir əməliyyat ilə ölkəyə aparılıb, İsrail parlamentində müxtəlif vəzifələrdə yerləşdirildikləri bildirilir. İsrailin Molla Mustafa Bərzani ilə qurduğu münasibətlər, Məsud Bərzani ilə də getdikcə daha da artaraq davam edib. İsrail bu münasibətlərin nəticəsi olaraq, sentyabın 25-də Şimali İraqın müstəqil Kürdistan dövlətinə çevrilməsi üçün keçirilməsi planlaşdırılan referendum məsələsində Bərzanini dəstəkləyən yeganə ölkə olaraq diqqəti cəlb edir. MOSSAD tərəfindən maliyyələşdirildiyi iddia edilən və Bərzani ailəsi tərəfindən də meydan verilən “İsrail Kürd” jurnalı əksər yazılarında kürd-İsrail münasibətlərini dərinləşdirmək üçün fəaliyyət göstərir.

    Qalmaqallı görüş

    Bərzani dünən Kərkükdə təhlükəli və təhrikedici bir görüş keçirib. Bərzani Kərkük valisi Nəcməddin Kərim və Peşmərgə komandirləri ilə görüş keçirib. Kəkkük rayon məclsindəki türkmənlər və ərəb bloku Bərzani ilə görüşmək təklifini rədd ediblər.

    Hurriyyet.org

    скачать dle 11.3
    Loading...

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите два слова, показанных на изображении:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Сентябрь 2017    »
    ПнВтСрЧтПтСбВс
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    QALEREYA