» » “Səlim Müslümovu aldadıb, saxta sənədə imza atdırıblar” - DSMF-nin ZƏRDAB ŞÖBƏSİNİN MÜDİRİ HAQDA ŞOK MƏKTUB

“Səlim Müslümovu aldadıb, saxta sənədə imza atdırıblar” - DSMF-nin ZƏRDAB ŞÖBƏSİNİN MÜDİRİ HAQDA ŞOK MƏKTUB

  • Loading...

    Zərdab şəhəri H.Əliyev küçəsi ev 23-də yaşayan Mirzəyev Rövşən Cəfər oğlu tərəfindən Hurriyyet.org-un redaksiyasına şikayət məktubu daxil olub. Müəllif yazır:
    “DSMF-nin Zərdab rayon şöbəsinin müdiri Canpolad Vəliyevin indiyə qədər yol verdiyi saxtakarlıqlar, korrupsiya əməlləri barədə mətbuatda çıxışlar etmişəm. Müraciətlərimdə göstərdiyim faktların hamısı mötəbər subutlara əsaslanıb. Mən dövlət qanunlarımızı ali tutub, bu korrupsioner məmurun qanunsuz fəaliyətini ictimailəşdirməklə dövlətimizə xidmət edirəm. Bu mənim vətənimizə, dövlətimizə olan borcumdur.
    Sizə təqdim etdiyim sənədə xahiş edirəm diqqət yetirin. DSMF-nin Zərdab rayon şöbəsinin müdiri Canpolad Vəliyev bir ildə iki dəfə Əmək Məcəlləsinin tələblərini açıq-aşkar, kobud şəkildə pozaraq məzuniyyətə çıxıb və buna görə qanunsuz olaraq müavinət də alıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümovu aldadıb, ona bu məzuniyyətə dair razılıq sənədinə imza etdiriblər.
    DSMF-nin Zərdab rayon şöbəsinin müdürü Canpolad Vəliyevin cinayət əməllərini təsdiq edən sənəddə qeyd edilib; " Canpolad Vəliyevə 2017-ci ilin yanvar və avqust aylarında məzuniyyətə çıxdığı üçün vəzifə maaşı həcmində 860 manat müavinət verilib. Halbu ki, işçi il ərzində məzuniyyətə çıxdıqda ona yalnız bir dəfə müavinət verilə bilər. Canpolad Vəliyev 2016-cı ildə məzuniyyətə çıxarkən ona veriləsi müavinət əvəzinə, o, mükafat almışdır".
    Bu sənəd Canpolad Vəliyevin cinayət əməllərini tam subut edir. Bəlkə də nazir Səlim Müslümovun bu saxtakarlıqdan məlumatı yoxdur. Ancaq, yuxarıda qeyd etdiyim kimi, müdirin məzuniyyətə çıxmasına dair sənədi şəxsən nazir özü imzalayır. Olsun ki, həmin sənədi nazirin qarşısına qoyub, imzalatdırıb onu da aldadıblar. Bunu isə Canpolad Vəliyevin himayədarı ƏƏSMN-nin aparat rəhbəri Əjdər Cəbiyev edə bilər.
    DSMF-nin Zərdab rayon şöbəsinin müdiri Canpolad Vəliyev saysız-hesabsız cinayət əməllərinə görə həbs edilməli olsa da, o, Əjdər Cəbiyevin himayəsi altında vəzifədə oturub, öz çirkin əməllərini davam etdirir. Bu korrupsioner “cütlüyün” cinayət əməlləri araşdırılmalı və barələrində təcili tədbirlər görülməlidir. Mən artıq bu cinayət əməli barədə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Baş prokuror cənab Zakir Qaralova və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Səlim Müslümova şikayət ərizəsi ilə müraciət edib, məlumat vermişəm.
    Həmçinin mətbuat vasitəsi ilə də onlara müraciət edirəm. Sizdən xahiş edirəm, təqdim etdiyim sənədi obyektiv araşdırıb DSMF-nin Zərdab rayon şöbəsinin müdiri Canpolad Vəliyevin və onu himayə edən ƏƏSMN-nin aparat rəhbəri Əjdər Cəbiyevin barələrində ciddi tədbirlər görülməsinə tapşırıq verəsiniz”.
    Hurriyyet.org
    Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

    скачать dle 11.3
    Loading...

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите два слова, показанных на изображении:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Сентябрь 2017    »
    ПнВтСрЧтПтСбВс
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    QALEREYA