» » ODUN ÜZƏRİNƏ DUZ AT, GÖR NƏ OLACAQ...

ODUN ÜZƏRİNƏ DUZ AT, GÖR NƏ OLACAQ...

  • Loading...

    Süfrə duzundan yalnız yeməklərdə deyil, başqa məişət işlərində də yararlana bilərsiz.

    Duş kabinənizdə istifadə etdiyiniz pərdəni satın alan kimi duzlu su ilə yaxalayın. O zaman pərdə heç vaxt kiflənməyəcək.

    Ağcaqanad sancması hamının nifrət tediyi bir şeydir. Qaşınmanın qarşısını almaq üçün barmağınızın ucunu isladıb duza batırın.

    Duzla təmizlənən mis qabların parıltısına heyran olacaqsız. Bunu üçün duz, sirkə və unu qarışdırın. Üzərinə bir qədər limon damcıladın. Daha sonra bu qarışıqla mis qablarınızı silin.

    Ət və ya başqa qızartmalar zamanı üstünüzə yağ sışramasını iztəmirsizsə, tavada isinmiş yağın üzərinə bir qədər duz əlavə edin. Daha sonra qızardacağınız ərzaqları tavaya düzün.

    Çox adam yanan şamın axmasını xoşlamır. Bunun üçün bir neçə saat əvvəl şamları duzlu suya salın və daha sonra onun qurumasını gözləyin.

    Ayaqqabılarınızdan pis qoxu gəlirsə, içərisinə duz töküb bir müddət saxlayın. Daha sonra onları yaxşıca çırpıb duzu təmizləyin. Bu zaman ayaqlarınızdan qoxu gəlməyəcək.

    Həşaratları öldürmək üçün bahalı prepratlara pul vermənizə gərək yoxdur. Bunun üçün 4 stəkan suya 1 qaşıq duz tökün və onu yaxşıca qarışdırdıqdan sonra həşəratlar, əsasən qarışqalar olan hissəyə püskürdün.

    Narın duzla uşaqlarınlz üçün boya da hazırlaya bilərsiz. 1 stəkan duzla 1 stəkan unu qarışdırın. Üzərinı bir qədər su və qida boyaları qarışdırın.

    Meyvə və tərəvəzlərin qaralmaması üçün süfrə duzundan istifdə edin. Dilimlədiyiniz meyvə və tərəvəzi duzlu suyun içərisinə qoyun.

    Soğan və sarımsaqlı yeməklərin dadı bir başqadır. Amma onları hazırlayarkən qoxusu əllərə hopur. Bunun qarşısını almaq üçün əlləri isladıb duzla ovxalamaqla qoxudan yaxa qurtarmaq olar.

    Otaqda havanı təmizləyəni özünüz əllərinizlə hazırlaya bilərsiz. Bununçün 1/2 stəkan duza hər hansı bir uçucu yağ və ya gül yarpağı lazım olacaq. Onları bir qabda qarışdırın. Apelsinin qabığından təbii qab kimi istifadə də edə bilərsiz.

    Mətbəxdə qəfildən yanğın olsa, özünüzü itirməyin. Odu duzla söndürə bilərsiz.

    Bütün qadınlar ütünün altındakı ləkələrdən qurtarmağa çalışır. Bununçün ütünü bərk qızdırıb onu duz səthinin üstündə gəzdirin.

    Pəncərələrinizin buz tutmasını istəmirsizsə, onları duzlu su ilə silin.

    Limon suyu və duz və diş məcunundan hazırlanan məhlulun yardımı ilə mətbəx və ya hamamdakı ləkələrindən xilas ola bilərsiz. Bu qarışığın bir çox məşhur kimyəvi maddələrdən daha effektli olduğunu görəcəksiz.

    Bir restorana gedərkən yeməyinizdən tük çıxdığını görmüsüz. Yeməyinizin dəyişib-d\yişmədiyini bilmək üçün onun üzərinə bolluca duz əlavə edin.

    Hurriyyet.org

    скачать dle 11.3
    Loading...

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите два слова, показанных на изображении:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Сентябрь 2017    »
    ПнВтСрЧтПтСбВс
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    QALEREYA