» » Yeni Zelandiyanın və Çin mediasının diqqətində olan azərbaycanlı siyasətçi

Yeni Zelandiyanın və Çin mediasının diqqətində olan azərbaycanlı siyasətçi

  • Loading...

    Yeni Zelandiyada yaşayan soydaşımız Tofiq Məmmədovun sentyabrın 23-də bu ölkədə keçiriləcək parlament seçkilərinə qatılacağı ilə bağlı məlumat yayılıb. Azərbaycan əsilli siyasətçinin parlament seçkilərində iştirak etməsi sevindirici haldır. Dünyanın hər bir yerində yaşayan soydaşlarımızın uğurları Azərbaycanın nailiyyəti sayılmalıdır. Onlar heç bir zaman vətənlə öz bağlarını itirmirlər. Tofiq Məmmədov da belə insanlardandır. Siyasətçi deputat seçiləyi təqdirdə Yeni Zelandiya və Azərbaycan arasında əlaqələrin inkişafına dəstək verəcəyini qeyd edib.
    Hurriyyet.org xəbər verir ki, bu sözləri siyasətçi diaspor hərəkatının fəallarından Elnur Eltürklə söhbətində söyləyib.
    Siyasətçi Azərbaycanla fəxr etdiyini bildirib:
    “Vətənimlə qürur duyuram. İldə bir dəfə vətənimə gəlirəm. Bu gün Yeni Zelandiyada 15 azərbaycanlı ailəsi yaşayır. Tez-tez görüşürük və ölkəmizlə bağlı ənənələrin qorunmasına çalışırıq. Vətənim daima diqqətimdədir. Orada baş verənləri izləyirəm.
    Hələ bir müddət əvvəl iki ölkə arasında əlaqələrin inkişafı ilə bağlı Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı diplomat vəzifəsində çalışan Araz Xasıyevlə söhbətlərimiz olmuşdur. Maraqlı planlar müzakirə etmişdik.
    Deputat kimi iki ölkə arasında əlaqələrin daha çox inkişaf etməsinə çalışacam. İlk səfərimi vətənimə edəcəyimi düşünürəm”, - deyə Tofiq Məmmədov qeyd edib.
    Qeyd: Yeni Zelandiyanın və Çinin tanınmış media orqanları Tofiq Məmmədovun fəaliyyəti haqqında geniş yazılar dərc ediblər.
    http://www.times.co.nz/news/politics/election-2017/im-need-anything/
    http://www.times.co.nz/news/politics/election-2017/these-are-your-election-candidates/
    http://www.times.co.nz/news/we-needed-this-for-morale/
    http://www.epochtimes.com/b5/17/9/8/n9610063.htm 

     

    скачать dle 11.3

    "Facebook"da paylaş
    Loading...

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите два слова, показанных на изображении:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Сентябрь 2017    »
    ПнВтСрЧтПтСбВс
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    QALEREYA