» » Azərbaycan yeni qızıl yatağında hasilata başladı

Azərbaycan yeni qızıl yatağında hasilata başladı

  • Loading...

    Ötən il Azərbaycanın Gədəbəy rayonu ərazisində kəşf olunan "Uğur" qızıl yatağında hasilata başlanılıb.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti məlumat yayıb.

    Qeyd olunub ki, "Uğur" yatağı artıq şirkətin ümumi hasilatına böyük qatqı verir.

    Sentyabrın 1-10-da orta gündəlik qızıl hasilatının həcmi qızıl külçəsi formasında 212 unsiya təşkil edib ki, bu da əvvəlki səkkiz aydakı orta gündəlik hasilatdan 116% (iki dəfədən artıq) çoxdur. "Uğur" yatağının tam həcmdə hasilata cəlb edilməsi ilə orta gündəlik hasilatın daha da artması gözlənilir.
    Qeyd edək ki, son qiymətləndirməyə əsasən, yataqda ümumi mineral ehtiyatlar 199 min unsiya qızıl və 1,049 mln. unsiya gümüşdən ibarətdir.

    "Uğur" yatağının kəşfi barədə ötən ilin oktyabrında məlumat yayılıb. Yataq "Anglo-Asian Mining"in Qələviləşdirmə Zavodundan 3 km şimal-qərbdə yerləşir.

    скачать dle 11.3

    "Facebook"da paylaş
    Loading...

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите два слова, показанных на изображении:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Сентябрь 2017    »
    ПнВтСрЧтПтСбВс
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    QALEREYA