» » “Samsung” möcüzəsi: 2018-ci ilin payızında elastik smartfon satışa buraxılacaq - VİDEO

“Samsung” möcüzəsi: 2018-ci ilin payızında elastik smartfon satışa buraxılacaq - VİDEO

  • Loading...

    Hurriyyet.org xəbər verir ki, “Samsung” şirkətinin mobil bölməsinin prezidenti Concin Ko (Koh Dong-jin), yeni  iPhone modellərinin təqdimatı mərasimində gözlənilmədən “Assoşieyted Press” agentliyinə Koreya şirkətinin gələn il ilə bağlı planlarından danışıb. Vəd edilən yeniliklər arasında – açılıb-qatlana bilən elastik smartfon da var. Concin Konun sözlərinə görə, şirkət “Galaxy Note” seriyasından olan növbəti smartfonun ekranını qatlana biləcək şəkildə istehsal edəcək. Adətən yeni məhsullar yayın sonu – payızın əvvəllərində istehsal edilir.

    Lakin Ko onu da deyib ki, hələlik mühəndislərin qarşısında bir sıra həll edilməmiş məsələlər var. Bu problemlər uğrula həll edilərsə, qatlanan “Note” həqiqətən də 2018-ci ildə dükanlarda olacaq. Əks təqdirdə bu yeniliyi bir müddət də təxirə salacaqlar. “Samsung” qatlanan displeyi hələ 2013-cü ildə nümayiş etdirmişdi, lakin indiyə qədər bu yeniliyin istifadə rahatlığına zərər vurmayacaq şəkildə tətbiqi məsələsi həll olunmayıb.

    Hurriyyet.org

    скачать dle 11.3

    "Facebook"da paylaş
    Loading...

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите два слова, показанных на изображении:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Сентябрь 2017    »
    ПнВтСрЧтПтСбВс
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    QALEREYA