» » Britaniyanın Avropa və Amerika məsələləri üzrə naziri Azərbaycana gələcək

Britaniyanın Avropa və Amerika məsələləri üzrə naziri Azərbaycana gələcək

  • Loading...

    Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə naziri Alan Dankan Azərbaycana gələcək.
    Hurriyyet.org bildirir ki, Böyük Britaniyanın Bakıdakı səfirliyindən “Report”a verilən məlumata görə, nazir sabah baş tutacaq “Əsrin müqaviləsinin” 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması mərasimində iştirak edəcək.

    Qeyd edək ki, ötən il dekabrın 23-də Bakıda SOCAR və BP-nin əməliyyatçısı olduğu ABƏŞ (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti) AÇG yataqlar blokunun gələcək işlənməsi üçün niyyət məktubu imzalayıb. Sənəd blokun 2050-ci ilədək işlənməsinə dair razılaşmanın prinsiplərini əks etdirir.
    AÇG Bakıdan şərqdə təxminən 100 km məsafədə yerləşən nəhəng yataqlar blokudur. O, Xəzər dənizində istismarda olan ən böyük neft yatağıdır və 432 kv. km-dən çox ərazini əhatə edir. Yataqlar dənizin 120-170 metr dərinliyində yerləşir. Məhsuldar layın dərinliyi 2 000-3 500 metr təşkil edir.
    AÇG blokunun işlənməsi üçün mövcud PSA 1994-cü il sentyabrın 20-də 30 illik müddətə imzalanıb. 1995-ci ilin fevralında ABƏŞ yaradılıb. Yataqlardan neft hasilatı 1997-ci ilin noyabr ayında başlanıb.
    AÇG-də BP (operator – 35,8%), SOCAR (11,6%), “Chevron” (11,3%), “Inpex” (11%), “Statoil” (8,6%), “ExxonMobil” (8%), TPAO (6,8%), “Itochu” (4,3%), “ONGC Videsh Ltd.” (OVL, 2,7%) şirkətləri iştirak edir.
    Onu da qeyd edək ki, Türkiyə tərəfindən bu tədbirdə enerji naziri Berat Albayrak iştirak edəcək.

    скачать dle 11.3
    Loading...

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите два слова, показанных на изображении:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Сентябрь 2017    »
    ПнВтСрЧтПтСбВс
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    QALEREYA