» » "Mən 12 il yatacam, amma sənin uşağın olmayacaq" - SOCAR-da katibə işləmiş qadının cinayət işi

"Mən 12 il yatacam, amma sənin uşağın olmayacaq" - SOCAR-da katibə işləmiş qadının cinayət işi

  • Loading...

    Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsi rəhbərinin həbsdə olan təsərrüfat məsələləri üzrə katibəsi olmuş Bənövşə Süleymanovanın məhkəməsi davam edib.

    Hurriyyet.org xəbər verir ki, dələduzluqda təqsirli bilinən Bənövşə Süleymanovanın cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub.

    Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlərə söz verilib. Prosesdə iştirak edən 4 nəfər zərərçəkmişdən biri şikayətini geri götürdüyünü deyib. Zərərçəkmiş Pərvin Qasımova şikayətini geri götürmədiyini, pulunu tələb etdiyini bildirib.

    Təqsirləndirilən Bənövşə Süleymanova söyləyib ki, Pərvin Qasımova ondan uşağına görə qisas alır: "Pərvin evlənməyib, ortalıqda qalıb. Uşağı yoxdur deyə məni qısqanır. Pərvin, mən gedib 12 il də yataram. Amma sənə bir qəpik belə, vermərəm. Sən bu işdə məndən qisas aldın. Sənin uşağın olmayacaq. Hər gün əlimi açıb dua edirəm. Qarıyıb elə evdə də qalacaqsan".

    Digər zərərçəkmiş Famil Şükürov da pulunu tələb etdiyini, şikayətini geri götürmədiyini deyib: "Qoy gedib, cəzasını çəksin".

    Bənövşə Süleymanova isə zərərçəkmişi yalan danışmaqda ittiham edib: "Utanırsan heç? Siz bir qadını tutdurdunuz. Sən Astaranın üz qarasısan, ləkəsisən. Sən də məndən Elmarın qisasını aldın. Mənim bu işdə günahım yoxdur. Sizə yalvardım ki, məni tutdurmayın".

    Məhkəmənin növbəti iclası sentyabrın 20-də davam edəcək.

    Qeyd edək ki, ittihama görə, Bənövşə Süleymanova Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsi rəhbərinin təsərrüfat məsələləri üzrə katibəsi vəzifəsində çalışarkən vəzifə səlahiyyətlərindən istifadə edib.

    İttihama görə, o, Famil Şükürov, İlham Paşayev və digər vətəndaşların etibarından sui-istifadə edərək onları SOCAR-ın müxtəlif idarələrində işə düzəldəcəyini deyib və ümumilikdə 100 min manata yaxın pullarını ələ keçirib.

    Bənövşə Süleymanova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilir. Bildirək ki, B.Süleymanova zərərçəkmişlərdən aldığı pulların əri Elmar Paşayevdə olduğunu, əri tərəfindən aldadıldığını deyib./Musavat.com/

    скачать dle 11.3
    Loading...

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите два слова, показанных на изображении:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Сентябрь 2017    »
    ПнВтСрЧтПтСбВс
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    QALEREYA