» » Bakıda yanan binada məskunlaşan məcburi köçkünlər aksiya keçiriblər - VİDEO

Bakıda yanan binada məskunlaşan məcburi köçkünlər aksiya keçiriblər - VİDEO

  • Loading...

    Ötən gün Xətai rayonunda baş verən yanğın nəticəsində evsiz qalan məcburi köçkünlər etiraz aksiyası keçiriblər.
    Hurriyyet.org-un “Report”a istinadən məlumatına görə, sakinlər onlara hələ də harada qalacaqlarının bildirilməməsindən şikayət edirlər.
    Hadisə yerinə gələn polis əməkdaşları sakinləri ərazidən uzaqlaşdırıblar.
    Sakinlərin sözlərinə görə, hadisə yerində olan aidiyyəti qurumların əməkdaşları hələlik yalnız evləri yanan 8 ailənin köçürüləcəyini bildiriblər: "Evləri su altında qalan vətəndaşların aqibəti barədə nəsə deyilməyib. Ona görə də sakinlər buna etiraz olaraq Nobel prospektində nəqliyyatın hərəkətini məhdudlaşdırmağa cəhd göstəriblər".
    Aksiyada 8 ailədən əlavə, digər sakinlərin də köçürülməsi tələb edilib.
    Sakinlərin verdiyi məlumata görə, yanan binanın qarşısında çadırların quraşdırılması da nəzərdə tutulur və hamı evlə təmin olunandan sonra köçürülmə həyata keçiriləcək.
    Xətai Rayon İcra Hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov "Report"a açıqlamasında aidiyyəti dövlət qurumlarına müraciət etdiklərini söyləyib: "Yaxın zamanlarda məsələnin müsbət şəkildə həll olunacağına ümid edirik.
    Ailələrin hansısa yerdə yerləşdirilməsi məsələsi Zəngilan Rayon İcra Hakimiyyətinin səlahiyyətindədir. Qəzalı binanın sonrakı aqibətinin necə olacağına gəlincə, araşdırmaların yekununda verilən qərardan asılı olacaq. Binanın tamamilə sökülüb-sökülməyəcəyi, yaxud da yenidən təmir olunması məsələsinə baxılacaq".
    Zəngilan Rayon İcra Hakimiyyətindən isə hazırda nümayəndələrinin hadisə yerində olduğu bildirilib.

    скачать dle 11.3
    Loading...

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите два слова, показанных на изображении:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Сентябрь 2017    »
    ПнВтСрЧтПтСбВс
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    QALEREYA