» » "Azərbaycanda iqtisadi durum yaxşılaşır" - BVF rəsmisi

"Azərbaycanda iqtisadi durum yaxşılaşır" - BVF rəsmisi

  • Loading...

    "2017-ci ildə Azərbaycanda ümumdaxili məhsul istehsalı 1% azalacaq".

    Hurriyyet.org xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya departamentinin direktoru Cihad Azur bu gün Bakıda keçirdiyi mətbuat konfransında bildirib.

    Onun sözlərinə görə, 2015-2016-cı illər ərzində Azərbaycan hökuməti tərəfindən görülən müvafiq tədbirlərdən sonra iqtisadi durum yaxşılaşmağa başlayıb: "Biz artıq monetar stabillik müşahidə edirik. Buna baxmayaraq, inflyasiya hələ də ikirəqəmli səviyyədədir. Bu göstərici birrəqəmli olmalıdır. Pul siyasətinə gəlincə, Azərbaycan bunun vasitəsilə stabilliyi təmin edə bilər. Noyabr ayının sonunda bizim missiyamız bir daha ölkəyə səfər edəcək. Bu zaman isə mövcud vəziyyət, o cümlədən 2018-ci illə bağlı büdcə göstəriciləri, proqnozları müzakirə edəcəyik".

    Təşkilat rəsmisi qeyd edib ki, BVF Azərbaycanla əməkdaşlığı iki istiqamətdə həyata keçirir: "Bu istiqamətlərdən biri iqtisadi siyasətlə bağlı məsləhətləşmələrin aparılması, digər istiqamət isə texniki yardım məsələləri ilə bağlıdır. Biz bir sıra dövlət qurumlarına texniki yardım göstəririk. Məsələn, Maliyyə Nazirliyinə büdcə kəsirinin azaldılmasında, Mərkəzi Banka isə monetar vəziyyətin idarə edilməsində texniki yardım göstəririk. Hal-hazırda isə hökumət tərəfindən hər hansı maliyyə dəstəyinin göstərilməsi ilə bağlı istək yoxdur". /apa/

    скачать dle 11.3
    Loading...

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите два слова, показанных на изображении:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Сентябрь 2017    »
    ПнВтСрЧтПтСбВс
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    QALEREYA