» » “Şəhidlərimizin ruhu təhqir edilir” - Deputat bağlanan kafe barədə

“Şəhidlərimizin ruhu təhqir edilir” - Deputat bağlanan kafe barədə

  • Loading...
    "Köhnə "26-lar", indiki "Sahil" bağının ərazisində yerləşən "26" restoranı olayı hüquq-mühafizə orqanları tərəfindən dərindən araşdırılmalıdır. Hüquq-mühafizə orqanları tərəfindən tam araşdırma başa çatdırılmadan ayrı-ayrı insanları ləkələməyə də yol vermək olmaz".
    Hurriyyet.org xəbər verir ki, bunu AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov İrəvan xanlığının tarixinə dair 4 adda broşürün (Azərbaycan və rus dillərində) təqdimat mərasimində çıxış edərkən deyib.
    O bildirib: "Həqiqət ondan ibarətdir ki, bu addımla bizim xalqımızın milli əxlaq sisteminə ağır zərbə vurulub. Deyirlər ki, bu, beynəlxalq restoran şəbəkəsidir. O halda belə bir sual yaranır, sözügedən restoran şəbəkəsi Azərbaycana necə yol açıb, bu restoran Bakının başqa bir yerində fəaliyyət göstərə bilməzdi? Hökmən gərək "Sahil" bağı ətrafında fəaliyyət göstərəydi?
    Bizim mövqeyimiz ondan ibarətdir ki, belə məsələlərdə güzəşt olmamalıdır. Belə məsələlərdə güzəşt olanda biz şəhidlərimizin ruhunu təhqir etmiş oluruq. Yaxud, şəhidlərimizin ruhunu təhqir edənləri müdafiə etmiş oluruq. Məsələnin əxlaqi-mənəvi tərəfi aydındır".
    Deputat qeyd edib ki,  26-lar məsələsini yenidən qaldıranlar kimlərdirsə, onlar açıq-aydın anti-Azərbaycan mövqeyindən çıxış edirlər: "Təəssüf ki, bizim içimizdən də onlara pas verənlər tapılır. Bu yol doğru deyil. Yaddan çıxarmaq olmaz ki, 26-lar Azərbaycan xalqına böyük ziyan vurublar, Azərbaycanın əksər bölgələrində dəhşətli soyqırımlar törədiblər".
    скачать dle 11.3
    Loading...

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите два слова, показанных на изображении:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Сентябрь 2017    »
    ПнВтСрЧтПтСбВс
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    QALEREYA